Erməni dili

Erməni dili (erm. ՀայերենHayeren) — Hind-Avropa dillərinə daxil olan və ayrı qrupa aid olan dil.[1] Ermənistan Respublikasının dövlət dilidir.

Erməni dilinin tarixi

Ermənicə yazı dilinin inkişaf dövrü 3 dövrə ayrılır:

  • 1. Qədim Ermənicə, Qrabar (V–XI əsr),
  • 2. Orta Ermənicə (XII–XVI əsr),
  • 3. Yeni Ermənicə aşxarabar (XVII əsrdən dövrümüzə qədər)

Yeni Ermənicə 2 böyük qola ayrılır: Qərbi ermənicə ve Şərqi ermənicə. Şərqi ermənicə Ermənistan Respublikasının rəsmi dilidir. Bundan başqa İranda və Hindistanda yaşayan ermənilərin ədəbiyyat dilidir. Qərbi ermənicə isə Diasporanın, Türkiyədə və dünyanın başqa yerlərində yaşayan ermənilərin istifadə etdiyi dildir. Erməni dilinin 60-a yaxın şivəsi vardır. Ədəbi erməni dilinin Şərq və Qərb qolları bir-birindən çox da ayrılmayıb və başa düşülür.[2]

Erməni əlifbası

Erməni əlifbasında 39 hərf var. Bunlardan 8-i sait, 30-u samit, biri isə (ev/yev) iki və çox zaman üç səslidir.

Erməni dilinin qrammatikası

Əski erməni dilində Hind-Avropa dillərinin qrammatika quruluşu saxlanılıb. Qrabarın qrammatika şəkli Hind-Avropa dillərinin morfoloji sisteminin bir üst dərəcəsidir. Əski erməni dili quruluş şəkli ilə klassik Hind-Avropa bükümlü dilini təmsil edir. Səsli sistemdə erməni dili yerini dəyişdirmə qanununa görə konsonantizmi (samit səslərin quruluş sistemi) təşkil edir. Kiçik erməni şivələrində samit dəyişmələrdə, bəzi samit nəfəslilərdə Hind-Avropa konsonantizmi qorunub. Erməni dili Hind-Avropa dillərinin dəyişik inkişaf mərhələsindəki xüsusiyyətləri əks etdirir.[2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.