Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası
Bakı yeparxiyası — Erməni Qriqorian kilsəsinin Azərbaycan SSR və Mərkəzi Asiya ərazisində yurisdiksiyası olan keçmiş kilsə inzibati vahidi. Şamaxı yeparxiyasının əsasında yaradılmışdır. Vaxtilə yeparxiyaya tabe olmuş Müqəddəs Qriqori kilsəsi qalmışdır.
Bakı yeparxiyası Erməni Qriqorian Kilsəsi | |
Yeparxiya mərkəzi Müqəddəs Qriqori kilsəsi | |
Məlumat | |
---|---|
Ölkə | SSRİ |
Ərazi | Azərbaycan SSR Türkmənistan SSR Özbəkistan SSR |
Yeparxiya mərkəzi | Bakı |
Qurulub | 1945 |
Ləğv olunub | 1989 |
Məbəd sayı | 2 kilsə |
Baş kafedral məbədi | Müqəddəs Qriqori kilsəsi |
Arxiyerey dərəcəsi | Arxiyepiskop |
Arxiyerey titulu | Bakı yepiskopu Bakı-Türkistan yepiskopu |
Tarixi
1945-ci ildə isə Mir Cəfər Bağırovun təkidi ilə Şamaxılı yepiskop Vardges Baxşıyeviç Qriqoryan tərəfindən yaradılmışdır. Bakı-Türkistan yeparxiyası adlanan bu yeni inzibati vahidin ərazisi Orta Asiyanı və Azərbaycanın bir hissəsini əhatə edirdi. Daha sonra isə Qarabağ və Gəncə də Bakı yeparxiyasına tabe edilərək bütün Azərbaycan Bakı yeparxiyasına tabe edilmiş oldu.[1] Sovet hakimiyyətinin dinə qarşı siyasətinə görə yeparxiyada ancaq Gəncə və Bakıda dini ayinlər icra edilirdi. Son yepiskop Anania Arabacıyan fəaliyyətinə 1989-cu ildə son vermişdir.
Bilinən yepiskopları
İstinadlar
- "Erməni kilsəsinin Bakı və Türkistan yeparxiyasının yorulmaz rəhbəri (Rus dilində)". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
- ""Xaç işarəsi altındakı həyat" - Tirayr Martikyan (Rus dilində)". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.