Erməni Milli Şuraları

Erməni Milli Şuraları — Rusiyada Fevral inqilabından (1917) sonra erməni siyasi təşkilatlarının təşəbbüsü və maddi yardımı ilə Azərbaycanda yaradılan və fəaliyyət göstərən Şuralar: Bakı, Gəncə, Şuşa, Naxçıvan, Culfa, Ordubad və digər şəhərlərdə, həmçinin Zəngəzurda Azərbaycan əleyhinə fəaliyyət göstərirdilər. Bu məqsədlə terrorçu hərbi dəstələr yaradılmışdı. Erməni milli şuraları həm də ermənilərə təsir göstərən və onları səfərbərliyə alan siyasi mexanizm rolunu oynayırdılar.[1]

Tarixi

Bakıdakı Şuranın sağ cinahı tərəfindən erməni burjuaziyasının vəsaiti hesabına həftədə iki dəfə ifrat millətçiliyi ilə fərqlənən "Naşe vremya" qəzeti nəşr olunurdu. Qəzet türk-müsəlman əhaliyə qarşı böhtan, iftira yaymaq, təxribat törətmək, daşnak cinayətlərinə bəraət qazandırmaqla məşğul olurdu. 1918-ci il mart soyqırımı ərəfəsində erməni Milli Şuraları və "Daşnaksütun" partiyası Azərbaycanda yaşayan ermənilər arasında türk-müsəlman əhaliyə qarşı nifrət təbliğatı aparır, çirkin məqsədlərinə çatmaq üçün bütün vasitələrdən: adamları aldatmaq yolu ilə ələ almaqdan, hədə-qorxudan, fitnə-fəsaddan, məramı, qayəsi erməni xisləti ilə yoğrulan qəzet və kitabçaların nəşrindən istifadə edirdilər.

Bakı Sovetinin milli tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi türk-müsəlman əhaliyə qarşı 1918 ilin mart soyqırımına siyasi hazırlıq oldu. Həmin dəyişiklik S.Şaumyanın və Bakıdakı erməni Milli Şurasının fəal dəstəyi ilə baş verdi. Bu hadisəyə qiymət verən şahidlərdən biri xəbər verirdi ki,

" Demə, bütün ermənilər bolşevik imiş! Çox tezliklə məlum oldu ki, Fəhlə, Əsgər və Matros Deputatları Soveti İcraiyyə Komitəsinin bütün heyəti (təqribən 90%-i) ermənilərdən ibarətdir. "

Eyni zamanda, erməni Milli Şurası, Bakı Soveti və onlarla birləşən daşnaklar türk-müsəlman əhaliyə qarşı soyqırımına ciddi hazırlaşmağa başladılar. Azərbaycan əleyhinə fəaliyyətin hərbi-siyasi mexanizmi aydın şəkil aldı. Erməni siyasi təşkilatlarının hamısı mümkün qədər çox azərbaycanlını məhv etmək planını yekdilliklə müdafiə edirdi. Erməni Milli Şuraları "sağ daşnaklar"ın fikrini ifadə edirdilər. "Sağ daşnaklar" isə Azərbaycanın bütün türk-müsəlman əhalisinin məhv edilməsini və burada öz siyasi hakimiyyətlərinin qurulmasını zəruri sayırdılar. "Daşnaksutyun" partiyasının Mərkəzi Komitəsi, onun rayon bölmələri, erməni Milli Şuralarının qərargahları həmin günlərdə partiya qərargahlarına deyil, hərbi qərargahlara bənzəyirdi. terrorçu dəstələrinin yaraqlıları) "əsrlik düşmənlə" (yəni türk-müsəlman əhali ilə - red.) silahlı mübarizəyə hazır olmağa çağırırdı. Erməni Milli Şurası soyqırımının əvvəlində öz bitərəfliyini elan etdi. Lakin vəziyyətin S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti silahlı qüvvələrinin xeyrinə dəyişdiyi məlum olduqda, öz hərbi hissələrini "İnqilabi Müdafiə Komitəsi"nin sərəncamına verdi. Martın son günlərində Azərbaycanın on minlərlə türk-müsəlman əhalisi daşnak-bolşevik quldurları tərəfindən məhv edildi, Bakı şəhərinin məhəllələri yerlə yeksan olundu. Azərbaycanlılara qarşı soyqırımında " xeyli pul vəsaiti, ciddi hərbi qüvvəsi" olan erməni Milli Şurası da mühüm rol oynadı. Sonralar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni Milli Şurası azərbaycanlılara qarşı mart soyqırımını saxtalaşdırılmış şəkildə təsvir etməyə cəhd göstərdi. Ermənilərin Bakıda Amerika missiyasının başçısına müraciətində qeyd edilirdi ki, 1918-ci ilin martında Bakıda guya bolşevik qoşunları ilə Azərbaycan Milli Şurası arasında silahlı mübarizə olmuşdur. Həm də xüsusi olaraq nəzərə çatdırılırdı ki,

" ermənilərin... bu hakimiyyətə heç bir iddiası ola bilməzdi, çünki onlar (ermənilər - red.) Bakı quberniyasında yalnız cüzi azlıq təşkil edirlər "

Lakin bolşevik maskası altında Bakının azərbaycanlı əhalisinin erməni-daşnaklar tərəfindən məhv edilməsi faktı o qədər təkzibedilməz idi ki, hətta erməni Milli Şurasının sağ cinahının nəşr etdiyi "Naşe vremya" qəzeti də 1919-cu ildə bunları etiraf etməyə məcbur olmuşdu:

" Keçən ilin mart günlərində ayrı-ayrı şəxslər, yaxud dəstə-dəstə ermənilər... tərəfindən Bakı şəhərinin müsəlman əhalisinə münasibətdə... yol verilmiş vəhşilikləri heç kim inkar etmir (1919, 2 aprel). "

Bakı şəhəri və rayonlarının İnqilabi Müdafiə Komitəsi erməni Milli Şurasına təklif etmişdi ki, xüsusi erməni milli qoşun hissələrini ləğv edib, onları mövcud olan və yeni yaradılan "beynəlmiləl" sovet qoşunları ilə birləşdirsin. Bununla erməni Milli Şurası hərbi hissələrinin mövcudluğuna son qoyulmalı, erməni Milli Şurası da buraxılmalı idi. Lakin erməni "milli qoşun hissələrinin" ləğv edilməsi işi sona çatdırılmadı. Onlar Bakı Sovetinin silahlı qüvvələri tərkibində də müstəqil qalmaqda idilər. 1918-ci ilin may-iyun aylarında S.Şaumyanın daşnak-bolşevik rejiminin Gəncəyə hərbi yürüş təşkili zamanı bir mərkəzdən idarə olunan erməni Milli Şuraları B.Britaniya generalı Denstervillə əlaqələr yaratmış, eyni zamanda,Qafqaz İslam Ordusunun komandanlığı ilə danışıqlar aparmaq üçün imkanlar axta rmışdılar. Salyandakı erməni Milli Şurası türk qoşunları ilə birbaşa əlaqəyə girmişdi. Zəngəzurdakı erməni Milli Şurası 1918-ci ilin yanvarından bu diyarın idarəçiliyini zorla ələ keçirmişdi. Dro, Andronik kimi qaniçənlər burada türk-müsəlman əhalisinin soyqırımına başçılıq edirdilər. Qarabağdakı erməni Milli Şurası birbaşa, açıq-aşkar Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərirdi. Ermənistan hökuməti bu Milli Şuraya hər ay 400000 rubl vəsait göndərirdi. Beləliklə, həmin şura Azərbaycan ərazisində Ermənistan hökumətinin diktəsi ilə fəaliyyət göstərirdi. Qarabağdakı erməni Milli Şurasının mövqeyini ingilislər belə qiymətləndirirdilər:

" erməni daşnakları sülhün bərqərar olmasını istəmirlər və rahatlığı pozan elementlər kimi həbs olunmalı və Qarabağ ərazisindən çıxarılmalıdırlar. "

1919-cu il martın 13-də Milli Şura və onun sədri Şahnazaryan öz səlahiyyətlərini dayandırdığını elan etsə də, azərbaycanlılara qarşı gizli fəaliyyətlərini davam etdirdilər. Qarabağdakı erməni Milli Şurası B.Britaniya komandanlığı tərəfindən tanınmamasına baxmayaraq, bir neçə dəfə Qarabağda məskunlaşan ermənilərin qurultaylarını keçirmişdi. 4-cü qurultayda (1919, fevral) uydurma "Böyük Ermənistan"a birləş mək haqqında qərar qəbul olundu və Azərbaycana tabe olmamaq haqqında təkliflər səsləndi ("Vperyod" qəzeti, 1919, 26 fevral). Bakı erməni Milli Şurasının üzvləri qurultaya fəal təsir göstərir, Qarabağdakı erməniləri Azərbaycan dövlətinə qarşı yönəldirdi. Qarabağ ermənilərinin 5-ci qurultayında (Şuşa, 1919, 23 aprel) Azərbaycan hakimiyyətini tanımamaq haqqında qətnamə qəbul edilmiş, lakin bu qətnaməni qurultayın cüzi azlığı -rəyasət heyəti və 48 nümayəndə imzalamışdı. 1919-cu il iyunun əvvəllərində Qarabağdakı erməni Milli Şurası Şuşada vəziyyəti yenidən gərginləşdirdi. Şuşanın ermənilər yaşayan məhəlləsinə gizli yolla xeyli silah gətirilmişdi. Lakin Qarabağ general-qubernatora Xosrov Paşa bəy Sultanovun qətiyyətli hərəkəti ermənilərə öz çirkin niyyətlərini həyata keçirməyə imkan vermədi. X.Sultanovun erməni Milli Şurasının üzvlərinin həbs edilməsi və Qarabağdan çıxarılması barədə göstərişinə cavab olaraq, silahlı ermənilər iyunun 4-də Azərbaycan əsgərlərinə atəş açdılar və 3 əsgər qətlə yetirildi. Bundan sonra X.Sultanov Şuşada və ətraf kəndlərdə qayda-qanun yaratmaq üçün fəaliyyətə başladı və ilk addım kimi erməni Milli Şurası üzvlərinin Azərbaycandan

çıxarılmasına nail oldu. Həmin vaxt Şuşada hərbi toqquşma baş verdi və hər iki tərəfdən itkilər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı Şuşa erməniləri X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirdilər ki,

" çox hörmətli Xosrov bəy, icazə verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından dünən törədilmiş hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların Sizin əsgərlərə qarşı törətdiyi zorakılıq faktından çox həyəcanlanmışıq və bu, haqlı olaraq, Sizin ordunun və zabitlərin həyəcanına səbəb olmuşdur. "

Erməni Milli Şurasının üzvləri Qarabağdan çıxarıldıqdan sonra Qarabağ ermənilərinin 7-ci quraltayı (1919, avqust) Azərbaycan Hökumətinin hakimiyyətini tanımaq haqqında qərar qəbul etdi. Erməni Milli Şuraları Azərbaycana qarşı ərazi iddialarına Qarabağla yanaşı, Gəncə quberniyasının cənub hissəsini, Zəngəzura və Naxçıvanı da daxil etmişdilər və "öz tarixi vətənləri" haqqında Amerika generalı Harborda məktub hazırlamışdılar. Azərbaycan dövlətçiliyinə qarşı çıxan erməni Milli Şuraları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə daxil olmaqdan imtina etmiş, lakin sonralar taktikalarını dəyişərək Parlamentdə iki fraksiyada (5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksutyun" fraksiyası) təmsil olunmuş, onun tribunasından öz siyasi maraqlarını və şovinist niyyətlərini həyata keçirmək üçün istifadə etmişdilər.

Ədəbiyyat

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Мамедова Л., Февраль 1917: Новая фаза подьема политического экстремизма в Азербайджане, Б., 1995.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 340-341
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.