Erix fon Manşteyn
Erix fon Manşteyn (alm. Fritz Erich Georg Eduard von Lewinski; 24 noyabr 1887[2][3][…], Berlin – 10 iyun 1973[2][4][…] və ya 9 iyun 1973) — alman feldmarşal, Üçüncü Reyxin ən məşhur generallarından biri.
Erix fon Manşteyn | |
---|---|
alm. Fritz Erich Georg Eduard von Lewinski | |
| |
Şəxsi məlumatlar | |
Doğum adı | Fritz Erich Georg Edouard von Lewinski |
Doğum tarixi | |
Doğum yeri | Berlin, Almaniya İmperiyası |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | İrsexnhauzen, ADR |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Vətəndaşlığı | Almaniya |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Alman |
Qoşun növü | Almaniya İmperiyası ordusu |
Xidmət illəri | 1906-1944 |
Rütbəsi | General-feldmarşal |
Komandanlıq edib | |
Döyüşlər |
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Berlində prussiyalı bir aristokrat olan topçu general Edvard fon Levinskinin ailəsində anadan olmuşdur. Onun kiçik xalası general-mayor Georq fon Manşteynlə evli idi və uşaqları olmurdu. Buna görə də, anadan olacaq uşağın xalasına övladlıq verilməsinə qərar verildi. Beləcə, kiçik Erix həyata bir Manşteyn olaraq başladı.
Erix fon Manşteynin hər iki babası və dayısı da Prussiya generalları idi və keçmiş Almaniya prezidenti Paul fon Hindenburqla da yaxın qohumluq əlaqələri vardı. Beləliklə, onun Prussiya ordusundakı karyerası daha əvvəldən təsdiqlənmişdi. O, 1907-ci ildə leytenant rütbəsini almış və 1913-cü ildə Hərbi Akademiyaya daxil olmuşdur.
Birinci dünya müharibəsi illərində Qərb və Şərq cəbhələrində xidmət etmişdir. Müharibənin sonunda kapitan rütbəsinə qədər yüksələn Manşteyn müharibə başa çatdıqdan sonra da Alman ordusunda qalaraq ordunun yenidən qurulmasında fəal iştirak etmişdir.
İkinci dünya müharibəsi ərzində isə Nasist Partiyası üzvü olmamasına baxmayaraq general-feldmarşal rütbəsinə qədər yüksəlmişdir. Onun Fransanın işğalı üçün düşündüyü plan sonradan Sichelschnitt (Oraq zərbəsi) adı altında qəbul edildi. O, 1941-ci ilin iyun ayında Barbarossa əməliyyatında və Sevastopolun blokadası əməliyyatında aktiv iştirak etmiş və 1 iyul 1942-ci il tarixində general-feldmarşal rütbəsinə təyin olunmuşdur. O, həmçinin Leninqradın blokadası əməliyyatında da iştirak etmişdir.
Müharibə başa çatdıqdan sonra Nürnberq Məhkəməsi tərəfindən müharibə cinayətləri törətdiyinə görə, barəsində 18 illik həbs qərarı verilmişdir. Lakin, sağlıq problemləri səbəbilə 4 il sonra sərbəst buraxılmışdır. Daha sonra, Qərbi Almaniya hökumətinə hərbi məsləhətçi olaraq köməkçi olmuşdur.
Xarici keçidlər
- Almaniya Tarix Muzeyi Arxivləşdirilib 2007-12-08 at the Wayback Machine
- The New York Review of Books: "How Wrong Was Churchill?" by Noel Annan
İstinadlar
- Nuremberg Trials Project. 2016.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Erich von Manstein // Encyclopædia Britannica (ing.).
- Erich Manstein // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag