Eritreya gerbi

Eritreya gerbi — Eritreyanın işlətdiyi rəsmi dövlət gerbidir.

Gerbdə dairə içərisində qum üzərində dayanan sarı dəvə şəkli var. Dairəni hər iki tərəfində də gerbi əhatələyəcək şəkildə zeytun ağacı budaqlarından əmələ gətirilən sarı rəngli çələng vardır. Gerbin aşağısında şüar hissəsində isə kənarları qızılı tikməli, mavi rəngli lent üzərin ölkənin adı, dövlətin üç rəsmi dilində heraldik cəhətdən solda ərəbcə, ortada ingiliscə, sağda isə yerli tigrinya dilinde verilmişdir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.