Erik Meskin

Erik Meskin (ing. Eric Stark Maskin; 12 dekabr 1950[2][3][…], Nyu-York, Nyu-York ştatı[4]) — amerikalı iqtisadçı. 2007-ci ildə Leonid QurvitsRocer Mayerson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Mükafatı qazanma səbəbləri "Mexanizm dizaynı nəzəriyyəsinin əsasını qoymaları" olaraq açıqlanmışdır.[5]

Erik Meskin
ing. Eric Stark Maskin
Doğum tarixi
Doğum yeri Nyu York ABŞ ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
İş yerləri Harvard Universiteti
Massaçusets Texnologiya İnstitutu
Prinston Universiteti
Təhsili
Elmi rəhbəri Kennet Errou
Tanınır Mexanizm dizaynı nəzəriyyəsi
Oyunlar nəzəriyyəsi
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2007 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Erik Meskin 12 dekabr 1950-ci ildə yəhudi bir ailənin uşağı olaraq doğulmuşdur və Nyu Cersi ştatının Alpayn şəhərində böyümüşdür.[6] 1968-ci ildə Nyu Cersidə yerləşən Tenefli Yüksək məktəbindən (ing. Tenafly High School) məzun olmuşdur.[7] Harvard Universitetində magistr və doktorluq dərəcələrinə riyaziyyat sahəsindən yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra 1976-cı ildə Kembric Universitetində araşdırmaçı vəzifəsində işə başlamışdır. 1977–1984-cü illərdə Massaçusets Texnologiya İnstitutunda və 1985–2000-ci illərdə Harvard Universitetində çalışmışdır.

Erik Meskin iqtisadiyyatda oyunlar nəzəriyyəsi, iqtisadi stimullar və müqavilə nəzəriyyəsi kimi müxtəlif mövzularda çalışmışdır. Xüsusilə mexanizm dizaynı nəzəriyyəsi, tətbiqi nəzəriyyəsi və dinamik oyun qaydası haqqındakı nəşrləri ilə tanınmaqdadır.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.