Erik Kornell
Erik Kornell (19 dekabr 1961)- Karl E. Vayman ilə Bose-Eynşteyn sıxlaşması üzərində etdikləri görüş səbəbiylə 2001-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış ABŞ fizikidir.[2]
Erik Kornell | |
---|---|
Eric Allin Cornell | |
Doğum tarixi | |
Doğum yeri | Palo Alto, Kaliforniya |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | professor |
İş yeri | Kolorado Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Dave Pritchard |
Üzvlüyü | |
Mükafatları | Nobel mükafatı |
experts.colorado.edu/dis… | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
Stanford Universitetindən magistr dərəcələrlə məzun olmuş valideynlərə sahib olan Erik Allin Kornell 1961-cı ildə Palo Altoda, Kaliforniyada anadan olmuşdur. Kornell doğulduqdan iki il sonra daşındıqları Kembricdə, Massaçusetsdə böyümüşdür. Atası (MIT) Massachusetts Institute of Technologyda inşaat mühəndisliyi professoru, anası liseylərdə ingilis müəllimliyi etmişdir. Bir bacısı, bir də qardaşı var.
Təhsili
Anasından məktəbə başlamadan oxuma-yazma öyrənən Kornell liseydə riyaziyyat və şahmat klublarına qatılır. Liseyi bitirməsinə bir il qala San-Fransiskoya daşınırlar. "Lowell High School" dan məzun olur. Bu məktəb şəhərin hər yerindən gələn akademikaya meylli şagirdlər üçün "maqnit məktəb" deyilən bir yerdir. Lisenziya təhsilini Stanford Universitetində alır. Nobel üçün yazdığı avtobiyoqrafiyasında, elm öyrənmək və araşdırmalar etmək üçün lazımlı olan büdcəsini təyin etmək üçün, fizikada ilk işinin "Stanford Xətti Sürətləndirici Mərkəzi"ndə bir skanerçiolduğunu ifadə etmişdir.
Stanfordda lisenziya təhsili əsnasında Çarli Marcusun qrupunda və Blas Cabrera ilə aşağı temperatur fizikası üzərində araşdırmalar etmişdir. Stanfordun Asiyada Könüllüləri proqramına daxil olaraq ingilis dili dərsləri vermək üçün Yaponiya, Tayvana gedir. 5 ay Tayvanda qaldıqdan sonra üç ay Honk Konqda və Çində qalır və çin dilini öyrənir.
Lisenziya təhsilini tamamlayan Kornell magistr təhsili üçün Kembricə geri dönür. MİT-də Deyv Pritchardın qrupuna qoşulur. 1985-ci ilin payızında Pritchardın tək ionsiklotron rezonans təcrübəsinə qatılır.
Təhsil Xronologiyası | ||
---|---|---|
Xarici Dil İngilis dili müəllimi | Taichung YMCA - Tayvan | 1982 |
Laborant | Stanford Universiteti | 1982-1985 |
Müəllim | Harvard Extension School | 1989 |
Laborant | MİT | 1985-1990 |
Post-Aspirantura | Rowland İnstitutu - Kembric | 1990 |
Post-Aspirantura | Boulder İnstitutu -Astrofizika Laboratoriyası | 1990-1992 |
Dosent | Fizika Bölümü - Kolorado Uni. | 1992-1995 |
Professor | Fizika Bölümü - Kolorado Uni. | 1995-günümüzə qədər |
Elm Adamı | Milli Standartlar və Texnologiya İnstitutu | 1992-günümüzə qədər |
Akademik üzv | JILA ve NIST - Kolorado Universiteti | 1994-günümüzə qədər[3] |
Qonaq Professor | Harvard Universiteti | 2012 [4] |
Mükafatları və uğurları
Mükafatları və uğurları | ||
---|---|---|
Mükafat | Mükafatı verən təşkilat & Şəxs | Tarix |
Magistr təqaüdü | Milli Elm Fondu | 1985-1988 |
Lisenziya-Araşdırma | Mükəmməllik Firestone Mükafatı | 1985 |
Samuel Wesley Stratton Mükafatı | NIST | 1995 |
Newcomb-Cleveland Mükafatı | Amerika Elm və Araşdırma Mərkəzi | 1995-96 |
Carl Zeiss Mükafatı | Ernst Abbe Fondu | 1996 |
Aşağı İstilik Fizikası | Fritz London Mükafatı - Beynəlxalq Elm və Tətbiqi Fizika Birliyi | 1996 |
Qızıl Medal | Ticarət Bölümü | 1996 |
Elm və Mühəndislik Erkən Karyera Mükafatı | Prezident | 1996 |
Üzv | Amerika Fiziklər Birliyi | 1997 |
İ.İ. Rabi Mükafatı | Atom, Molekulyar Optik Fizikası - Amerika Fizika Dərnəyi | 1997 |
Elm Mükafatı | Kral Feysəl Beynəlxalq Elm Mükafatı | 1997 |
Alan T. Waterman Mükafatı | Milli Elm Fondu | 1997 |
Lorens Medalı | Fənn Hollandiya Elm Akademiyası | 1998 |
RW Wood Mükafatı | Amerika Optika Birliyi | 1999 |
Benjamin Franklin Fizika Medalı | Franklin İnstitutu | 2000 |
Üzv | Milli Elmlər Akademiyası | 2000 |
Xarici keçidlər
- Colorado Üni. Cornell araş. grubu (İng.)
- Colorado Üni. Arxivləşdirilib 2012-09-25 at the Wayback Machine
- “The Builder, a Biography of Eric Cornell” Biyografisi ktp.1
- 'Bose-Einstein yoğunlaşması' Doç. Dr. Haluk Berkmen — PDF
İstinadlar
- NNDB (ing.). 2002.
- "Cornell Üni. (İng.) —". 2010-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
- "JILA (İng.) —". 2012-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.
- "Howard Üni. (İng.) —". 2012-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.