Eri Tosaka
Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların qızıl medalını qazandı. Tosaka həmdə 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb.
Eri Tosaka | |
---|---|
yap. 登坂絵莉 | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Yaponiya |
Doğum tarixi | |
Doğum yeri | Takaoka, Yaponiya |
Boyu | 1,52 m |
Çəkisi | 53 kq |
İdman növü | Güləş |
Karyerası
Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Həmçinin bax
- Yaponiya 2016 Yay Olimpiya Oyunlarında