Eretriyanın mühasirəsi
Eretriyanın mühasirəsi (e.ə. 490-cı il) — Datis və II Artafernin Yunanıstana yürüşü zamanı yunan Eretriya şəhərinin İran qoşunları tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi.
Eretriyanın mühasirəsi | |||
---|---|---|---|
Yunan-İran müharibələri | |||
Tarix | e.ə. 490 | ||
Yeri | Eretriya, Evbeya | ||
Nəticəsi | iranlıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İranlıların yunan ərazilərinə ilk zorla girmələrinin səbəbi yunanların İoniya üsyanında iştirak etmələri idi. Belə ki, eretriyalılar və afinalılar İran hökmranlığından qurtulmaq istəyən İoniya şəhərlərinə kömək üçün qüvvələr göndərmişdilər. Eretriyalılar və afinalılar Sardis şəhərini zəbt edib yandıra bildilər, lakin sonra ağır itkilərlə geri çəkilmək məcburiyyətində qaldılar. İran hökmdarı I Dara eretriyalılar və afinalılardan intiqam almağa qərar verdi.
Ioniya üsyanı Lada döyüşündən sonra tam yatırıldı və ondan sonra Dara Yunanıstanın fəthi üçün planlar qurmağa başladı. E.ə. 490-cı ildə Datis və II Artafernin komandanlığı altında hərbi dəniz qüvvəsini Egey dənizinə göndərdi. Daranın əmri Kiklad adalarının tabe edilməsi və sonra Afina və Eretriyaya qarşı cəza ekspedisiyaları həyata keçirməkdən ibarət idi. Egey dənizində müvəffəqiyyətli yürüşdən sonra iranlılar Evbeyaya yaxınlaşaraq Eretriyanı mühasirəyə aldılar. Mühasirə altı gün çəkdi və sonda Eretriya zadəganlarının beşinci kolonnası şəhəri iranlılara təslim etdilər. Daranın əmri ilə şəhər talan edildi və əhali əsarət altına alındı. Tutulan eretriyalılar İrana göndərildilər və Xuzistana müstəmləkəçi olaraq yerləşdirildilər.[1]
Eretriyanı aldıqdan sonra İran donanması Afina tərəfə üzdü və Marafon buxtasında dayandı. Afina ordusu onlara qarşı hərəkət etdi və ilk İran istilasını bitirən məşhur Marafon döyüşündə qələbə qazandı.
İstinadlar
- Herodot, VI,119
Ədəbiyyat
İlkin mənbələr
- Herodot. Tarix (Herodot)