Erebuni Dövlət Təbiət Qoruğu
Erebuni Dövlət Təbiət Qoruğu (erm. «Էրեբունի» արգելոց) — Ermənistan ərazisinin Kotayk mərzi ilə Ararat mərzi sərhədində, Şorbulaq və Qexadir kəndləri arasında yerləşir. Qoruq 1981-ci ildə 89 ha ərazidə təşkil olunmuşdur. Burada 10 milyonlarla yaşı olan suxurlar vardır. Burada Ermənistan ərazisində yetişən endemik bitkilər var.[1]
Erebuni Dövlət Təbiət Qoruğu | |
---|---|
erm. «Էրեբունի» արգելոց | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 0,89 km2 ha |
Mütləq hündürlüyü | min. 1.300 m, maks. 1.450 m |
Yaradılma tarixi | 1981 (qoruq statusu) |
Yerləşməsi | |
40°09′00″ şm. e. 44°38′00″ ş. u. | |
Ölkə | Ermənistan |
Vilayət | Ararat mərzi və Kotayk mərzi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təbiəti
İqlimi
Qoruğun ərazisi olduqca kontinentald və qurudur. Orta illik temperatur 11 °C, yağıntının miqdarı 300–350 mm təşkil edir. Qışı az qarlı, qoyuq və buludlu olur. Qar örtüyünün qalınlığı 10–35 sm arasında dəyişir. Qış noyabrın ikinci yarısında başlayır və martın ikinci yarısında isə bitir. Yanvar ayının orta temperaturu −4 °C olur. Minimum temperatur isə −31 °C-dir. Yazı isti və rütubətlidir. Yayı isə davamlı, isti və qurudur. Yayın orta temperaturu 23 °C, maksimal temperatur isə 41 °C olur. Qoruq ərazisində su tutarları yoxdur.
Flora
Qoruğun ərazisi kiçik olmasına baxmayaraq kifayət qədər zəngindir. Burada 293 növ 197 cins 46 fəsilədə birləşir. Rast gəlinən nadir və endemik bitki növləri: Triticum araraticum, Triticum urartu, Triticum boeoticum, Amblyopyrum muticum, Secale vavilovii, Actinolema macrolema, Szovitsia callicarpa, Cichorium glandulosum, Iris reticulata və Iris elegantissima.[2] Qoruqda bitən bitkilərdən 100-ü dənli bitkidir. Torpaq örtüyünün bir hissəsi əsasən ot bitkiləri ilə örtülü olur. Bitki örtüyünün böyük hussəsi isti yay ayları tamamən quruyur.
Fauna
Araşdırmalara görə qoruqda aşağıdakı csnlılar yaşayır:
İlanlar: Gürzə (Macrovipera lebetina), kərtənkələyəbənzər ilan (Malpolon monspessulanus), Qərb yatağanı (Eryx jaculus), Eirenis collaris, Eirenis punctatolineatus eyrensləri, Rəngarəng təlxə (Hemorrhois ravergieri), Zeytuni təlxə (Platyceps najadum), Xəzər təlxəsi (Dolichophis caspius), Qafqaz kələzi (Laudakia caucasia), Sarı koramal (Pseudopus apodus).
Kərtənkələlər: Cənubi Qafqaz kərtənkələciyi (Eremias pleskei) və Ştraux kərtənkələciyi (Eremias strauchi), Zolaqlı (Lacerta strigata) və Aralıq kərtənkələsi (Lacerta media) Qızılı mabuya (Trachylepis aurata), Uzunayaq sçink (Eumeces schneideri) və Ophisops elegans.
Üstəlik qoruq ərazisində Xəzər tısbağası (Mauremys caspica), Göl qurbağası (Pelophylax ridibundus), Yaşıl quru qurbağası (Bufo viridis), Ağacqurbağası və Suriya sarımsaqiyli qurbağası (Pelobates syriacus).
Qoruq ərazisində ümumilikdə 50 növ sərçəkimilərə aid quş növləri yaşayır.
Ən geniş yayılmış məməlilər — Tülkü və Adi gəlincikdir (Mustela nivalis). 70-ci illərə qədər burada canavar və porsuq müşahidə edilsədə hazlrda nadir hallarda görünür.
Hazırkı vəziyyət
Hazırda qoruq demək olar ki, nəzarətsizdir.[3] Bu səbəbdən təbiətinə nə qədər zərər dəyməsi bilinmir. 2009-cu ildə onun bərpası üçün proqram hazırlanmışdır.
İstinadlar
- "Ermənistan təbiəti". 2008-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-30.
- "Plant conservation in Europe". 2009-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-30.
- 2007-ci ilə olan məlumat nv.am