Eponim

Eponim (q.yun. ἐπώνῠμος sözbəsöz "ad vermiş", lat. heros eponimus) — adından ümumi və ya xüsusi isimlər yaradılmış şəxs.

Terminin tarixi

İlkin mənası

Eponim ilk öncə şərəfinə hansısa coğrafi obyekt (şəhər, çay, dağ və s.) adlandırılan tanrı, əfsanəvi qəhrəman və ya real şəxsə deyilirdi. Məsələn, rəvayətə görə, Bizantion şəhəri qədim yunan qəhrəmanı Bizas tərəfindən qurulmuşdur, hansı ki miflərdə Poseydon adlı tanrının oğlu idi. Beləliklə, Bizas Bizantionun eponimidir və həmçinin onun vasitəsi ilə Bizans İmperiyasının eponimidir.

Kiyev şəhərinin eponimi əfsanəvi knyaz Kiydir. Kiyin qardaşlarından biri Şek Podol tərəfdə ucalan Şekavitsa dağının eponimidir, onların bacısı Lıbed isə Dneprin sağ qolu olan və indiki Kiyevin ərazisində axan Lıbed çayının eponimidir.

Xalqlar və ya tayfaların adlarının kökləri da tez-tez əfsanəvi əcdadlara-eponimlərə qədər uzanır. Məsələn, latınlar tayfasının eponimi kimi mifik hökmdar Latin hesab olunur, hansının ki müxtəlif miflərə görə müxtəlif qədim tanrılar və qəhrəmanlarla qohumluq əlaqəsi olduğu qeyd olunur. Başqa bir əfsanəyə görə, ÇexiyaPolşa (lyaxlar) xalqlarının adları əfsanəvi knyazlar Çex və Lexin adlarından gəlir.

Xüsusi isimlər həmçinin saat aralıqlarına da verilirdi.[1] Belə ki, qədim Afinada "il" sözü doqquz hökmdar-arxontarından birincisinin adlı ilə adlandırılmışdır, hansına ki məhz buna görə "arxont-eponim" deyilirdi. Bu səbəbdən rəsmi salnamələrdə tarix bu cür qeyd olunurdu: "filankəs arxon olduğu ildə". Çin tarixi müxtəlif imperator sülalələrinin (məsələn, Tsin, HanMin) hökmranlıq etdiyi dövrlərə bölünür.

Termin mənasının dəyişilməsi

Vaxt keçdikcə, eponimin fenomen və anlayışların adlandırılmasında istifadəsi daha da artdı. Nəticədə eponim əfsanəvi şəxsiyyətlərdən daha çox həqiqi şəxsiyyətlər olmağa başladılar. Belə ki, artıq eramızdan əvvəl 332-ci ildə Misirdə, Aralıq dənizinin sahilində,İsgəndəriyyə şəhəri yarandı ki, o, Böyük İsgəndərin şərəfinə adlandırılmışdır. 330-cu ildə artıq qeyd olunan Bizantionun adı Konstantinopol oldu. Beləliklə, eponim dəyişdirildi, köhnə şəhər İmperator Konstantinin adını daşımağa başladı.

Böyük coğrafi kəşflər dövrünün başlaması ilə ad tələb edən coğrafi obyektlərin sayı kəskin şəkildə artdı.

Yeni əşyalar, fenomenlər və anlayışlar ixtiraçılar, elm adamları, sahibkarlar və ya hökmdarlar kimi həqiqi insanların şərəfinə adlandırılmağa başlandı.

İstinadlar

  1. Обнорский Н. П. Эпоним Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.