Epimenides

Epimenides (yun. Ἐπιμενίδης; e. ə. VII əsr, Knos, Krit (periferiya)e. ə. VI əsr) — Yunan fəlsəfəöncəsi ənənəsinin təmsilçisi, düşünür və kahin.

Epimenides
q.yun. Ἐπιμενίδης
Doğum tarixi e. ə. VII əsr
Doğum yeri
Vəfat tarixi e. ə. VI əsr
Elm sahələri poeziya[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miladdan öncə VII yüzillikdə Krit adasında yaşamışdır. Onun haqqında deyirdilər ki, o çoxlu möcüzələr göstərmişdir. Bir rəvayətə görə gənc yaşlarında Epimenides bir mağarada yuxuya getmişdir. Ayıldıqdan sonra geri qayıdanda isə görmüşdür ki, doğma şəhəri dəyişmişdir. Sonra bilinmişdir ki, o 57 il yatmışdır[2]. Elə o zaman da ona özəl biliklər verilmişdir. Bundan sonra Epimenides tanınmış və siyasətlə məşğul olmuş, kahinlik etmişdir. Bu əfsanənin Quranda "Əshabi-Kəhf" haqqında rəvayəti (18-ci surə) ilə müəyyən qədər bənzərliyi vardır. Mağarada yatmış və uzun illərdən sonra ayılıb şəhərlərinə qayıtmış gənclər haqqında rəvayətlər xristian ənənəsində də vardır.

Epimenides ilk dəfə insanlar tərəfindən iddia edilən fikirlərdə daxili ziddiyyətlərin olmasına fikir vermişdir[3]. O, bir kritlinin "Bütün Krit sakinləri yalançıdır" iddiası haqqında düşünərkən belə qərara gəlmişdir ki, bunu deyən özü yalançıdır. Əgər bütün kritlilərin yalançı olduğunu iddia edən özü də kritlidirsə, deməli onun dediyinə inanmaq olmaz. Çünki belə olarsa o, özü də yalançı olur. Beləliklə, buna bənzər iddiaların daxilində ziddiyyət vardır və onlara "paradoks" deyilir. Sonralar isə Eleyalı ZenonEvbulides kimi filosoflar buna bənzər ziddiyyətlərin çoxlu örnəklərini ortaya çıxara bilmişdilər.

Mənbə

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 16.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Фрагменты ранних греческих философов. Раздел Предфилософская традиция / Подгот. изд. Лебедев А. В. Отв. ред.: И. Д. Рожанский. — М.: Наука, 1989. — Ч. 1. — 575 с.
  • Эпименид // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т. и 4 доп.). СПб., 1890 – 1907.

İstinadlar

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 50.
  3. Эпименид Arxivləşdirilib 2022-06-24 at the Wayback Machine // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т. и 4 доп.). СПб., 1890 – 1907.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.