Epidot
Epidot — Ca2 Fe Al2O [SiO4] [Si2O7] (OH) - Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Epidot | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
{Ca₂}{Al₂Fe³⁺}(Si₂O₇)(SiO₄)O(OH) |
Strunz təsnifatı | VIII/C.23[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Pyemontit, tamavit, muxinit və başqaları.
Xassələri
Rəng – adətən müxtəlif intensivlikli yaşıl: sarımtıl-yaşıl, püstəyi-yaşıl, otu-yaşıl, tünd-yaşıl, bəzən çəhrayı, boz, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağdan püstəyi-yaşıladək; Parıltı – güclü şüşə, qatranı, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – yarımşəffaf, nadir hallarda şəffaf; Sıxlıq – 3,38-3,49; Sərtlik – 6-7; Ayrılma – {001} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari, qeyri-hamar; Morfologiya – kristallar: prizmatikdən iynəvariyədək, çox vaxt izununa istiqamətli kəskin cizgilərlə örtülü olur; İkiləşmə: çox zaman {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: druzalar, radial-şüalı, çubuq - və kolvari, sıx massiv əmələgəlmələr.
Mənşəyi və yayılması
Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal epidot adətən müxtəlif püskürmə süxurlarda olan piroksenlərin, amfibolların və plagioklazların hidrotermal dəyişilmələri zamanı əmələ gəlir. Epidota habelə hidrotermal damarlarda, effuziv süxurların badamcıqlarında və terrigen mineral kimi qumlu-gilli çöküntülərdə rast gəlinir. Metamorfik epidot yaşıl şistlərdə, qneyslərdə, kristallik şistlərdə, amfibolitlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: qranat, vezuvian, diopsid, xlorit, skapolit, albit, kvars və b. Mineralın tapıldığı yerlər: Knappenvand (Avstriya); Sen-Qotard (İsveçrə); Katsna-Yama, Polyakov (Rusiya) və b. Azərbaycanda Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Konqur – Alangöz intruzivinin cənub-qərb hissəsində geniş yayılmışdır. Bittibulaq mis-mərgümüş yatağının, Mehmana qrupu qurğuşun-sink obyekt-lərinin, Katsdağ kolçedan-polimetal yatağının filizyanı metasomatitlərində və bir sıra başqa yerlərdə də rast gəlir.
Tətbiqi
Şəffaf növ müxtəliflikləri əlvan daşlar kimi zərgərlikdə istifadə edilir.
İstinadlar
- Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.