Enqus Diton
Enqus Diton (ing. Angus Stewart Deaton; 19 oktyabr 1945[1][2][…], Edinburq) — Böyük Britaniya-ABŞ iqtisadçısı. 2015-ci ildə "İstehlak analizi, kasıblıq və iqtisadi rifah" mövzusundakı tədqiqatları səbəbindən İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Enqus Diton | |
---|---|
Doğum tarixi | 19 oktyabr 1945[1][2][…] (78 yaş) |
Doğum yeri | |
Elm sahələri | Mikroiqtisadiyyat, iqtisadiyyat[3], Yoxsulluq[3], Sosial ədalət[3], Sosial bərabərsizlik[3], sağlamlıq[3], Məişət axıntıları[d][3] |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Riçard Stoun |
Üzvlüyü |
|
scholar.princeton.edu/de… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1945-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya göz açan Enqus Diton Kembric Universitetindən məzun olmuş və 1975-ci ildə "İstehlakçı tələbi modelləri və bu modellərin İngiltərəyə tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[10]
Enqus Diton 1983-cü ildə ABŞ-nin Prinston Universitetinin iqtisadiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır.[10] Hazırda bu universitetin və Vudro Vilson adına İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professorudur.[10]
Enqus Ditonun 1980-ci ildə nəşr etdiyi "İdeal tələb sistemi" (AIDS) onun dünya miqyasında tanınmasını təmin etmişdir.[11]
Ekonometriya Cəmiyyəti tərəfindən 1978-ci ildə “Frisch” medalına layiq görülən Enqus Ditonun 2007-ci ildən Amerika İqtisadiyyat Assosiasiyasının sədridir.[11] O, “Böyük qaçış: sağlamlıq, zənginlik və bərabərsizliyin kökləri” (ing. “The great escape: health, wealth and the origins of inequality”) adlı məşhur kitabını 2013-cü ildə nəşr etdirmişdir.[11]
Diton iqtisadiyyat üzrə elmi-populyar kitabların müəllifi, həmçinin başqa dövlətlərə iqtisadi yardım göstərməyin əleyhdarı kimi də tanınır.[11] Alim dəfələrlə bəyan etmişdir ki, itisadi firavanlıq əldə etmək üçün dövlətin iş qabiliyyətini yüksəltmək lazımdır, iqtisadi yardımla bunu başa gətirmək mümkün deyildir.[11]
İstinadlar
- Bondarenko P. Angus S. Deaton // Encyclopædia Britannica (ing.).
- Angus Deaton // Brockhauz Ensiklopediyası (alm.).
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
- Montenegro A. ORCID Public Data File 2023. 2023. doi:10.23640/07243.24204912.V1
- Mathematics Genealogy Project (ing.). 1997.
- http://www.nasonline.org/member-directory/members/3469.html.
- https://www.amacad.org/person/angus-stewart-deaton.
- https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
- İqtisadiyyat sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Azərbaycanın vergi jurnalı, № 5 (125), 2015, səh. 198. (az.)
- İqtisadiyyat sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Azərbaycanın vergi jurnalı, № 5 (125), 2015, səh. 199. (az.)