Enollar

Enollar – tәrkibindә >C=C(OH)– qrupu saxlayan xәtti vә ya tsiklik quruluşlu üzvi birlәşmәlәr.

Bir qayda olaraq, müvafiq karbonil birlәşmәlәrlә tarazlıqda (keto-enol tarazlığı) olur. Alifatik enollar üçün keto-enol tarazlığı, demәk olar ki, tamamilә karbonil birlәşmәlәrә tәrәf dәyişir, әn sadә enol hesab edilәn vinil spirti isә ümumiyyәtlә, sәrbәst halda ayrılmamışdır. Enolların karbonil birlәşmәlәrdәn әmәlә gәlmәsi (enollaşması) turşu vә qәlәvi mühitdә az polyar hәlledicilәrin istifadә edilmәsi ilә baş verir. Karbonil birlәşmәlәrin elektronoakseptor әvәzlәyicilәrinin [CO, C(O)OC2H5, CN, NO2 vә b.] β-vәziyyәtdә olması vә enlların metal ionları (mәs., Fe+3) vasitәsilә xelat komplekslәrlә әlaqәlәndirilmәsi enollaşmaya kömәk edir. Poliflüor ketonlar әn davamlı enollar әmәlә gәtirir, çünki onların tәrkibindәki mütәhәrrik α-hidrogen atomlarının olması ketoenol tarazlığının enolların әmәlә gәlmәsi istiqamәtindә yerini dәyişmәsinә sәbәb olur. Enollar habelә metalların enolyatlarını turşulaşdırmaqla, yaxud enolların sadә vә mürәkkәb efirlәrinin hidrolizindәn alınır. Enollar ambident birlәşmәlәrin kimyәvi xassәlәrinә malikdir; onlar O vә ya C atomları üzrә elektrofil reagentlәrlә (X+) reaksiyaya girәrәk tәrkibindә >C=C(OX)– vә >CX–C(O)– qrupları olan müvafiq mәhsullar әmәlә gәtirir. Karbonil birlәşmәlәrin çoxlu sayda reaksiyaları, mәs., halogenlәşmә, aldol kondenslәşmәsi, kroton kondenslәşmәsi enolların alınma mәrhәlәsindәn keçmәklә gedir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.