Enni Leybovitz
Anna-Lu "Enni" Leybovitz (ing. Anna-Lou "Annie" Leibovitz); 2 oktyabr 1949, Voterberi, Konnektikut,[1] ABŞ) — amerikalı fotoqraf. Daha çox məşhur adamların portretləri üzrə ixtisaslaşıb.
Enni Leybovitz | |
---|---|
ing. Annie Leibovitz | |
Doğum tarixi | |
Doğum yeri | Voterberi, Konnektikut ABŞ |
Vətəndaşlığı | ABŞ |
Uşaqları |
Sara Kemeron Leyboviç Syuzan Leyboviç Semuel Leyboviç |
Partnyoru |
|
Atası | Sem Leyboviç |
Anası | Merilin Leyboviç |
Təhsili |
|
Fəaliyyəti | Fotoqraf |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Enni, altı uşaqlı ABŞ Hərbi Hava Qüvvələri zabitinin ailəsində üçüncü uşaq olub. Onun ana tərəfindən ulu babası və ulu nənəsi Rusiyadan köçmüş yəhudi mühacirlər olub, atasının valideynləri isə Amerikaya Rumıniyadan gəlib.[2] Anası, Merilin Leyboviç (ing. Marilyn Leibovitz) müasir rəqs müəlliməsi olub. Ailəsi atasının xidməti vəzifələri səbəbindən tez-tez köçmək məcburiyyətində idi, bu səbəbdən Enni öz ilk kadrlarını Filippində çəkəsi olub, belə ki, onun atası Vyetnamda müharibə zamanı ailəsi ilə birlikdə orada mənzillə təmin olunub.[3]
Enni San-Fransisko İncəsənət institutunda təhsil alıb.[4] 1970-ci ildə Rolling Stone jurnalında fotoqraf kimi işləməyə başlayıb.[5] 1983-cü ildən Vanity Fair jurnalında işləyir, bu jurnal üçün məşhur adamların portret şəkillərini çəkir.
Məşhur fotoşəkilləri
- Con Lennon çılpaq vəziyyətdə yanında paltarda uzanmış Yoko Ononu öpür. Bu fotoşəkil 8 dekabr 1980-ci ildə, Lennonun qətlinə cəmi bir neçə saat qalmış çəkilib.[6]
- Demi Mur birbaşa bədəninə çəkilmiş kostyumda, çılpaq vəziyyətdə.
- Vupi Qoldberq südlü vannada.
- Mayli Sayrus kürəyi çılpaq vəziyyətdə, şəkil 2008-ci ilin iyununda Vanity Fair jurnalında dərc olunub; aktrisa həmin vaxt cəmi 15 yaşında olub.[7]
İstinadlar
- "Annie Leibovitz Biography: Photographer (1949–)". The Biography Channel (A&E Networks). December 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2014.
- Lambert, Angela. "Talking pictures with Annie Leibovitz". The Independent. London. March 3, 1994. September 25, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 8, 2010.
- Cooke, Rachel. "How I shot my sister Annie …". The Observer. London. February 3, 2008. 10 June 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2008.
- "Annie Leibovitz Career Timeline". American Masters. WNET. January 3, 2007.
1964: Attends Northwood High School in Silver Spring, Maryland
(#accessdate_missing_url) - "Annie Leibovitz Biography". bookrags. July 14, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
- "John Lennon & Yoko Ono-RS 335 (22 January 1981)". 20 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 October 2015.
- "Miley Knows Best". vanityfair. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Oktyabr, 2007.