Enliyarpaq cökə
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Enliyarpaq cökə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Tilioideae Cins: Növ: Enliyarpaq cökə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir.
Botaniki təsviri
Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır.
Ekologiyası
İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqazda, Talışda təbii halda rast gəlinir.
İstifadəsi
Landşaft memarlığında və yaşıllaşdırmada geniş istifadə olunur. Balverən bitkidir.