Enerji-Buran proqramı
Buran Kosmik Gəmi proqramı Sovet İttifaqının kosmik gəmi layihəsidir. Sınaq kosmik gəmiləri ilə birlikdə müxtəlif dövrlərdə ümumilikdə 10 kosmik gəmi inşa edilmişdir. Bunlardan ilk 5-i sınaq kosmik gəmiləri idi və hamısının inşası tamamlanmış və vəzifələrini uğurla yerinə yetirmişdirlər. OK-1.01 də adlandırılan model, kosmosa çıxan ilk model idi. İnşaatı 1986-cı ildə başlamış və 15 noyabr 1988-ci ildə kosmosa çıxmışdır. Bu model ilk dəfə Baykal adlandırılsa da, uçuşundan bir müddət əvvəl adı "Buran" olaraq dəyişdirilmişdir. Bu kosmik gəmi, Qazaxıstandakı Baikonur Kosmik Bazasının 112-ci anqarında 5 il saxlanılmışdır. Bərpa zamanı anqarın tavanı çökdü. Buran layihəsinin kosmosda olan yeganə modeli Buran 1.01 və Energiya raket komandası damın qalıqlarının altında qalaraq məhv olmuşdur. 7 bərpa işçisi də ölmüşdür.
Enerji-Buran proqramı | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Digər kosmik gəmilərdən biri olan OK-1.02-yə Buria (qeyri-rəsmi) adı verilmişdir. Bu kosmik gəminin inşasının 95–97% hissəsi başa çatdırılmışdı. Layihə 1993-cü ildə maliyyə səbəblərinə görə ləğv edildiyi zaman, OK-2.01-in 30–50% -i və OK-2.02-nin 10–20% -i başa çatdırılmış, OK-2.03-ün inşasına isə hələ yeni başlanılmışdır. Amerikadakı ekvivalenti kimi, Buran da uçuş-enmə zonasından buraxma kompleksinə reaktiv təyyarənin arxasında aparılırdı. Bu məqsədlə istehsal olunan Sovet Antonov An-225 təyyarəsi dünyanın ən böyük təyyarəsidir.