Endryu Yanq

Endryu Cekson Yanq kiçik (ing. Andrew Jackson Young Jr.; 12 mart 1932[1][2], Nyu-Orlean, Luiziana) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979).

Bu məqalə Endryu Yanq haqqındadır. Endrü Yan üçün Endrü Yan səhifəsinə baxın.
Endryu Yanq
ing. Andrew Young
prezident[d]
2000 2001
Şəxsi məlumatlar
Doğum adı Andrew Jackson Young
Doğum tarixi 12 mart 1932(1932-03-12)[1][2] (92 yaş)
Doğum yeri
Partiya ABŞ Demokrat Partiyası
Təhsili
Fəaliyyəti film prodüseri, siyasətçi, diplomat, yazıçı, sülh aktivisti, insan hüquqları fəalı
Uşağı 4[4]
Elmi fəaliyyəti
İş yeri BMT
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı.

1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı.[5] Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi.

1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.

1981-ci ildə Atlanta meri seçildi, 1985-ci ildə yenidən bu vəzifəyə seçildi. 1990-cı ildə Corciya qubernatoru vəzifəsinə namizəd olmuş, lakin Demokrat Partiyasındakı ilkin seçkilərdə məğlub oldu.[6] 1996-cı ildə Atlantada keçrilən Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin üzvü idi.

Kitabları

  • An Easy Burden: The Civil Rights Movement and the Transformation of America (1998);
  • A Way Out of No Way (1996);
  • Andrew Young at the United Nations (1978);
  • Andrew Young, Remembrance & Homage (1978);
  • The History of the Civil Rights Movement (9 volumes, 1990);
  • Trespassing Ghost: A Critical Study of Andrew Young (1978);
  • Walk in My Shoes: Conversations between a Civil Rights Legend and his Godson on the Journey Ahead with Kabir Sehgal (2010). ISBN 978-0-230-62360-6;
  • The Politician (2010).

İstinadlar

  1. Andrew Young // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  2. Andrew Young // Munzinger Personen (alm.).
  3. https://aysps.gsu.edu/andrew-young-biography/.
  4. https://www.thehistorymakers.org/biography/honorable-andrew-young.
  5. "Andrew Young Fast Facts" (ingilis). CNN. 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.
  6. "Andrew Young" (ingilis). Encyclopædia Britannica. 2018-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-02.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.