Endimion (krater)

Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir.

Endimion
Lunar Orbiter 4 tərəfindən çəkilmiş şəkil.
Koordinatlar 53°36′ şm. e. 56°30′ ş. u.53,6° şm. e. 56,5° ş. u. / 53.6; 56.5
Diametr 125 km
Krater dərinliyi 2,6 km
Sferik sistemin koordinatları 306° günəş çıxan zaman
Eponim Endimion
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir.

Peyk kraterlər

Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.

Endimion En dairəsi Uzunluq dairəsi Diametr
A 54.7° N 62.8° E 30 km
B 59.8° N 67.2° E 59 km
C 58.4° N 60.8° E 32 km
D 52.4° N 62.4° E 20 km
E 53.6° N 66.2° E 18 km
F 56.9° N 65.1° E 12 km
G 56.4° N 55.6° E 15 km
H 51.1° N 56.3° E 14 km
J 53.5° N 50.7° E 67 km
K 51.3° N 52.3° E 7 km
L 55.4° N 71.0° E 9 km
M 52.7° N 70.9° E 9 km
N 52.4° N 69.6° E 9 km
W 52.7° N 69.2° E 10 km
X 52.9° N 50.1° E 6 km
Y 55.8° N 58.0° E 8 km

İstinadlar

  • Wood, Chuck. "A Skating Rink with Bumps". Lunar Photo of the Day. 2006-10-29. İstifadə tarixi: 2006-10-30.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.