Enderbi Torpağı
Enderbi Torpağı[1][2] (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır.
Enderbi Torpağı | |||
---|---|---|---|
ing. "Enderby Land" | |||
|
|||
67°30′ c. e. 53°30′ ş. u. | |||
Ölkə | Antarktida | ||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır.
Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.
Tarixi
Enderbi Torpağı ilk dəfə 1831-ci ildə Böyük Britaniya iqtisadi ekspedisiyasının rəhbəri Con Bisko tərəfindən aşkarlanmışdır. Ekspedisiyanı maliyyələşdirən Samuel Enderbinin şərəfinə adlandırılmışdır.
Əraziyə Avstraliya iddia edir. Ancaq Antarktika haqqında konvensiyaya əsasən ərazi iddiaları dondurmuşdur.
Enderbi Torpağının sahilində 1962-ci ildən fəaliyyət göstərən Malodyojnaya qütb stansiyası fəaliyyət göstərir.
İstinadlar
- "United States Geological Survey, Geographic Names Information System (GNIS)". 2008-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
- "PDF Map of the Australian Antarctic Territory" (PDF). 2008-09-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
Xarici keçidlər
- Enderbi Torpağı
- Enderbi Torpağı
- Australian Antarctic Gazetteer Arxivləşdirilib 2007-10-30 at the Wayback Machine
- Scientific Committee on Antarctic Research (SCAR) Arxivləşdirilib 2010-08-18 at the Wayback Machine