Enargit

Enargit – Cu3AsS4 - (yun. enarges ) Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Enargit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Cu₃AsS₄
Strunz təsnifatı II/C.14[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Zolaq rəngi qara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri

Rəng – poladı-bozdan qonuruçalarlı qarayadək; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, yarımmetal; bəzən tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,4-4,5; Sərtlik – 3,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} və {010} üzrə aydın; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, lövhə şəkilli; İkiləşmə: xaçvari ikiləşmələr, ulduzabənzər üçləşmələr; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar.

Mənşəyi və yayılması

Orta- və aşağı temperaturlu hidrotermal damarlarda və metasomatik yataqlarda rast gəlir. Əsasən mis-kolçedan, mis-porfir, pirit-enargit yataqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, sfalerit, qalenit, bornit, xalkozin, lyutsonit. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Çukikamata və Quanako (Çili); Sero-de-Pasko (Peru); Sumeb (Namibiya); Kounrad (Qazaxıstan). Azərbaycanda enargit əsasən Bittibulaq mis-mərgümüş yatağında toplanmışdır. Az miqdarda o, həmçinin Filizçay və Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsində, Qaladərəsi, Səfərli filiz təzahürlərində, Tutqunçay hövzəsinin qızıl filizi zolağında və b. qeyd edilir.

Tətbiqi

Böyük yığınları Cu və As filizi kimi istifadə edilir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə

  • Azərbaycan mineralları. Bakı: "Nafta-Press" nəşriyyatı, 2004

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.