Emulsiya
Emulsiya — qaba dispers sistemlərdə həm dispers mühiti və həm də dispers fazanı bir-birində həll olmayan mayelər təşkil edir. Emulsiyanın tipik misalı süd ola bilər. Süddə kiçik yağ hissəcikləri maye mühitdə asılı vəziyyətdə olur..
Davamlılığı
Emulsiyanın davamlılığı nisbətən az olur. Belə sistemdə kiçik damcılar tədricən bir-biri ilə qarışaraq iriləşir və emulsiyada təbəqələşmə gedir. Məsələn, süd bir müddət qaldıqda yağ hissəcikləri ayrılaraq onun üzərində qaymaq təbəqəsi əmələ gətirir. Emulsiyanın dağılması müəyyən vasitələrlə sürətləndirilə bilər. Məsələn, sentrifuqalama, elektrik sahəsinin təsiri, müəyyən elektrolit və qeyri-elektrolitlərin daxil edilməsi emulsiyanın dağılmasını sürətləndirir. Kifayət dərəcədə davamlı emulsiya yalnız stablizator adlanan müəyyən maddələrin iştirakı ilə alınır. Belə maddələr (onlara emulqatorlar da deyilir) hissəciklərin səthində adsorbsiya olunaraq, emulsiya aqreqativ davamlılıq aşılayır.
Alınması
Emulsiya iki yolla alınır::
- damcıların dağılması
- plyonkaların əmələ gəlməsi və kiçik damlalara parçalanması ilə
Tətbiqi
Qida sahəsi
Suda yağ tipli emulsiyalar qida məhsullarında geniş yayılmışdır:
- Mayonez
- Homogenləşdirilmiş süd
Yağda su tipli emulsiyalar nisbətən az yayılmışdır:
- Yağ
- Marqarin
Əczaçılıq sahəsi
Əczaçılıqda bir çox dərman preparatları emulsiya şəklində hazırlanır:
- Ağızdan qəbul edilən dərmanlar
- Kremlər, losyonlar, məlhəmlər
- Parenteral dərman vasitələri
- Göz dərmanları
- Burun spreyləri
- Peyvəndlər
- Kosmetik vasitələr
Kimyəvi sintez
Emulsiyalardan polimer dispersiyalarının istehsalı üçün istifadə olunur – emulsiya "fazasında" polimer istehsalı məhsulun laxtalanmasının qarşısının alınması da daxil olmaqla bir sıra proses üstünlüklərinə malikdir. Bu cür polimerləşmələr nəticəsində istehsal olunan məhsullar emulsiya kimi istifadə edilə bilər (yapışqanlar və boyalar üçün əsas komponentlər daxil olmaqla). Bu proseslə sintetik kauçuklar da istehsal olunur.
Emulsiyanın əsas növləri
Emulsiyanın növü onun maye fazasının tərkibindən və nisbətindən, emulqatorun miqdarından və kimyəvi təbiətindən, emulsifikasiya üsulundan və bəzi digər amillərdən asılıdır.
Emulsiyaların tərkibinin dəyişdirilməsivə birbaşa emulsiyanın tərs və ya əksinə çevrilməsinə səbəb ola bilər.
Emulsiyanın növü | Dispersiya mühiti | Dispers faza |
---|---|---|
Düz | Su | Yağ |
Tərs | Yağ | Su |
Emulsiya həmçinin liofil və liofob növlərinə bölünür:
- Liofil emulsiyalar öz-özünə əmələ gəlir və termodinamik cəhətdən sabitdir.
- Liofob emulsiyalar mexaniki, akustik və ya elektrik emulsifikasiyası (dispersiya) zamanı, həmçinin kondensasiya həddindən artıq doymuş [[ içində dispers faza damcılarının əmələ gəlməsi nəticəsində yaranır.
Mənbə
- Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975
- Эмульсия // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Эмульсии / Перевод Н. В. Абрамова, Е. Малахова, Л. И. Дорофеева; Под ред. А. А. Абрамзона. — Химия, 1972. — 447 с. — 4600 экз.
- Основы физической и коллоидной химии / С.А. Балезин, Б.В. Ерофеев, Н.И. Подобаев. — М.: Просвещение, 1975. — 398 с.
- Курс коллоидной химии / Воюцкий С. С.. — 2 изд.. — М., 1975. — С. 367—81.