Emin Səttarov
Emin Ramin oğlu Səttarov (25 may 2001, Bakı – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Emin Səttarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sabunçu, Bakı, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Dəfn yeri | Bakıxanov qəsəbəsi, Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Xidmət illəri | iyul-sentyabr, 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() ![]() |
Həyatı və təhsili
Emin Səttarov 2001-ci il mayın 5-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. 2017-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olmuşdur. 3 il mərkəzdə təhsil aldıqdan sonra 22.06.2020-ci ildə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Mərkəzini bitirmişdir. 2020-ci ilin iyulun 2-sində Hərbi Komissarlıqdan çağırış vərəqi gəlmişdir. 08.07.2020-ci ildə əsgər gedir. 09.08.2020-ci ildə Ağcabədi rayonunun N saylı Hərbi hissəsində andiçmə olur. İki ay sonra Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi N saylı hərbi hissəyə aparılır.
Hərbi xidməti
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun əsgəri olan Emin Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. İkinci Qarabağ müharibəsi başlanan gündən 24.10.2020-ci il tarixinə kimi irəliyə getmiş, postlara daxil olaraq qəhrəmanlıq göstərmişdir. Bir neçə rayon və qəsəbənin Füzuli və Xocavənd aılnmasında döyüşmüşdür. 24.10.2020-ci il Qubadlı rayon istiqamətində gedən döyüşdə düşmənin atdığı minomyot nəticəsində qəlpə yarasından şəhid olmuşdur.