Emin Əzizov
Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Emin Əzizov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Emin Əzizov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | İmişli, Azərbaycan SSR |
Boyu | 172 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1996—2014 |
Məşqçisi | Qalib Zülfüqarov |
Karyerası
Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu.[2]
2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı.[2]
Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi.[3] Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi.[3] Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu.[3] Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.[3]
Bundan sonra o, nüfuzlu beynəlxalq turnirlərdə uğurlara imza ata bilmədi.[2] Emin Əzizov 2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 20-ci pillədə, 2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla, 2011-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirini isə 12-ci pillədə başa vurdu.[2]
2012-ci ildə Emin Əzizov Kiyev Turnirini 10-cu, Avropa Çempionatını 8-ci pillələrdə, Qızıl Qran-Pri beynəlxalq turnirini isə gümüş medalla başa vurdu.[2]
2013-cü ildə İranda Taxti Cup beynəlxalq turnirini 12-ci, Polşada Poland Open beynəlxalq turnirini 8-ci, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini 8-ci pillələrdə başa vuran Emin Əzizov, 2014-cü ildə Yaşar Doğununun Turnirinin gümüş medalına sahib oldu, Əli Əliyev Turnirini isə 12-ci pillədə başa vurdu.[2] İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib olan Emin Əzizov, 30 yaşında idmanla vidalaşdı.[2]
Nəticələri
Avropa Çempionatı | Rusiya | |||
Avropa Çempionatı | Bolqarıstan | |||
Avropa Çempionatı | Finlandiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Kiyev Turniri | Ukrayna | |||
Avropa Çempionatı | Serbiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Taxti Cup | İran | |||
Poland Open | Polşa | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Yaşar Doğu Turniri | Türkiyə | |||
Ə. Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan |
İstinadlar
- Olympedia.org. "Emin ƏZİZOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- International Wrestling Database. "EMIN AZIZOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Welterweight / Freestyle (66 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.