Emil Nəzirov

Emil Nəzirov (4 fevral 1969, Viravul, Lənkəran rayonu30 noyabr 2021, Xızı rayonu) — Azərbaycan Silahlı QüvvələriSərhəd Qoşunları polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə Müavini. Mühəndis Aviasiya şöbəsinin rəisi. Birinci Qarabağİkinci Qarabağ müharibəsi iştirakçısı[1]. Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzası şəhidi.[2][3][4][5][6][7][8]

Emil Nəzirov
Emil Nəzir oğlu Nəzirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Viravul, Lənkəran, Azərbaycan SSR
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Xızı, Azərbaycan
Vəfat səbəbi aviasiya qəzası
Dəfn yeri İkinci Şəhidlər Xiyabanı
Dəfn tarixi 1 dekabr 2021
Vətəndaşlığı
Uşağı 3
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 1986-2021
Rütbəsi Polkovnik
Vəzifəsi Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə Müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi
Döyüşlər Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı

Həyatı

Emil Nəzirov 1969-cu il fevralın 4-də Lənkəran rayonunun Veravul kəndində anadan olub.

Təhsili

1976–1986-cı illərdə Lənkəran rayonunun Veravul kənd orta məktəbində təhsil alıb. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra, Avqust ayının 1-də öz istəyi ilə Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub və 1990-cı ildə oradan məzun olub.

Ailəsi

Ailəli idi. 3 qız övladı yadigar qaldı.

Hərbi xidməti

1990-cı ildə hərbi təhsilini başa vuran Emil Nəzirov, leytenant rütbəsində göndərişlə Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəsində təyyarə texniki vəzifəsində xidmətə başlamışdır. 1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılmış və Qala qəsəbəsindəki "N" hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb. Birinci Qarabağ müharibəsində iştirak etmiş və Birinci Qarabağ müharibəsi veteranı olmuşdur. Xidməti dövründə Ka-27 tipli helikopterdə bort-texnik kimi sonra isə bort-texnik təlimatçı qismində fəaliyyət göstərib.[9]

1997-ci ildən 2000-ci ilə qədər Qala hərbi şəhərciyindəki hərbi hissədə Mil Mi-8 helikopterinin bort-texnik vəzifəsində xidmət edib. 15 sentyabr 2000-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri sıralarından kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Üç il sonra 23 oktyabr 2003-cü ildə yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına Dövlət Sərhəd Xidmətinin zabiti kimi geri dönüb və ilk aviasiya dəstəsinin yaradıcılarından olub. Yenidən Mi-8 helikopterində bort-texnik qismində xidmətə başlamış, 2005-ci ildə Mi-8 MTV helikopterində bort-texnik təlimatçı vəzifəsini icra etmişdir. Təlimatçı işlədiyi dövrlərdə bir sıra hərbi kadrların yetişməsində böyük rolu olmuşdur. 2008-ci ildə isə mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət etmişdir.

2015-ci ilin sentyabr ayının 7-də Polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 2015-ci il dekabr ayının 9-da nin Aviasiya İdarəsinin uçuş mühəndisliyi şöbəsinin helikopter və mühərriklər üzrə baş zabit-mühəndis vəzifəsinə təyin olunmuşdur.

İkinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuşdur. Xidməti dövründə müxtəlif medallar və fəxri fərmanlarla təltif olunmuşdur.

2021-ci il iyul ayının 24-də Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və avqust ayının 30-da Polkovnik rütbəsinə yüksəlmişdir.

Xidməti dövründə 4 müxtəlif (Mi-24, Ka-27, Mi-8 və Mi-17) modifikasiyalı helikopterlərdə uçuş icazəsinə və müxtəlif sertifikatlara yiyələnmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Emil Nəzirov "Vətən uğrunda" medalı ilə təltif edildi.[10]

Ölümü

30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[11] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.[12][13] Emil Nəzirov hadisə zamanı şəhid olmuşdur. Onun və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş,[14][15] Emil Nəzirov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[16]

Xatirəsi

Emil Nəzirovun şəxsi əşyaları ailə üzvləri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.[17]

Təltifləri

İstinadlar

  1. "Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsində bu mükafatları alıblar..." Qafqazinfo (az.). 30 noyabr 2021. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2021.
  2. "Military helicopter crash in Azerbaijan kills 14". The National (ingilis). 1 dekabr 2021. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2021.
  3. "14 killed in military helicopter crash in Azerbaijan". JAMNews (ingilis). 30 noyabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2021.
  4. "14 Killed In Azerbaijan Military Helicopter Crash". NDTV (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2021.
  5. "Azərbaycanda son 30 ildə baş verən helikopter və təyyarə qəzaları (STATİSTİKA)". Qaynarinfo (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  6. "DSX rəisi: "Səngəçal aerodromundan qalxan helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb"". Azəri Press Agentliyi (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2021.
  7. "Military Helicopter Crashes In Azerbaijan, Killing 14". Azadlıq Radiosu (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  8. Lmahamad, Ayya. "Azerbaijan:14 officers killed, two wounded in helicopter crash [PHOTO/VIDEO]". AzerNews (az.). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  9. "Helikopter qəzasında şəhid olan hərbçilərdən neçəsi müharibə iştirakçısıdır?". pia.az (az.). 02 Dekabr 2021. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Yanvar 2022.
  10. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  11. "Military helicopter crash in Azerbaijan kills 14, wounds 2". Associated Press (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021 The Times of Israel vasitəsilə.
  12. "Military helicopter crash in Azerbaijan kills 14". Washington Post (ingilis). 30 noyabr 2021. İstifadə tarixi: 1 dekabr 2021.
  13. "Azerbaijan says 14 dead in military helicopter crash". Hürriyet Daily News (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib.
  14. Kazımoğlu, Mirmahmud. "Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  15. Qərib, Səid. "Bu gün helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  16. Qərib, Səid. ""Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  17. Elçin, Səlcuq. "DSX polkovnikinin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub - FOTO - VİDEO". apa.az (az.). 21 yanvar 2022. 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2022.
  18. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 24 iyun 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06 dekabr 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.