Emil Mayılov
Emil Mayılov (Emil Şahid oğlu Mayılov; 23 fevral 1987, Ağdaş — 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Mayoru, Qaraheybət aviasiya poliqonu şəhidi.
Emil Mayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş rayonu, Azərbaycan |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Xızı rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2008-2021 |
Rütbəsi | Mayor |
Döyüşlər |
Vətən müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Həyatı
Mayılov Emil Şahid oğlu 23 fevral 1987-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1 sentyabr 1993-cü ildə Ağdaş rayon Pərviz Babayev adına 7 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olub və 2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2004-cü ildə öz istəyi ilə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinə qəbul olub, 2008-ci ildə həmin Akademiyanı bitirib. Həmin ildə də Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarının zabit sıralarına daxil olub. 2008-ci ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 7-ci sərhəd zastavasında zastava rəisinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edib.
Hərbi xidməti
2010-cu ilin fevral-may aylarından Azərbaycan Republikası Milli Aviasiya Akademiyasında pilot hazırlığı kursunu bitirmişdir. Həmin ilin mayından etibarən DSX-nin N saylı hərbi hissəsində xidmətə başlayıb. Avqustun 9-da N saylı hərbi hissədə təyyarəçi-şturman vəzifəsinə təyin edilib. 2012-ci ilin fevral-iyul aylarında Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Mi-17 1V helikopterində pilot hazırlığının təkmilləşdirilməsi kursundə olmuşdur.
2014-cü ilin dekabr ayından Böyük təyyarəçi vəzifəsinə təyin edilib. 2016-cı ilin yanvar ayından Eskadrilya şturmanı vəzifəsinə təyin olunub. Şəhid olana kimi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 2-ci helikopter Eskadrilyasında Eskadrilya şturmanı vəzifəsində xidmət etmişdir. Xidmətdə olduğu müddətdə "Mayor" rütbəsinə qədər yüksəlmişdir.
Vəfatı
30 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Bu qəza Azərbaycanın hüquq-mühafizə orqanlarının tarxində ən böyük aviasiya qəzasıdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlananan 44 günlük Vətən müharibəsində iştirak etmiş və medallarla təltif olunmuşdur[1].
Medal və təltifləri
- 17 avqust 2009-cu il tarixində "Azərbaycan Respublikası Sərhəd mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı ilə;
- 29 dekabr 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi(1918–2013)" yubiley medalı ilə;
- 3 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Sərhəd mühafizəsinin 95 illiyi(1919–2014)" yubiley medalı ilə;
- 18 avqust 2015-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri 10 il qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, "Hərbi Xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə;
- 14 avqust 2019-cu ildə Azərbaycan Respublikası Sərhəd mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə;
- 14 avqust 2019-cu ildə "Hərbi Xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə;
- 18 avqust 2019-cu ildə "Azərbaycan Respublikası Sərhəd mühafizəsinin 100-cü ildönümü münasibətilə və xidməti vəzifələrinin icrası zamanı əldə etdikləri yüksək nailiyyətlərə görə" Fəxri fərman ilə;
- 18 avqust 2020-ci ildə "Azərbaycan Respublikası Sərhəd mühafizəsinin 101-ci ildönümü münasibətilə və xidməti vəzifələrinin icrası zamanı yüksək nəticələrə nail olduğuna görə" Fəxri fərman ilə;
- 29 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2372 nömrəli sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə;
- 30 dekabr 2020-ci ildə ildə Azərbaycan Respublikası Prezidentinin 2374 nömrəli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur[2].
İstinadlar
- "Helikopter qəzası, NATO təlimləri və dünyanın gözlədiyi sammit - həftəlik icmal" (az.). sputnik.az. 2022-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.