Emil Əfrasiyab
Emil Əfrasiyab oğlu Məmmədov (27 iyun 1982, Bakı) — pianoçu, bəstəkar və musiqi prodüseri, ifa edtiyi janr caz, Klassik musiqi, Gospel , Azərbaycan Respublikasının əməkdar artisti 2011.
Emil Afrasiyab | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | azərb. Emil Əfrasiyab oğlu Məmmədov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar və musiqi prodüseri |
Fəaliyyət illəri | 2005 – h. h. |
Janrlar | caz, Klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili | Berkli musiqi kolleci |
Üzvlüyü | Azərbaycan Milli Konservatoriyanın Elmi Şurası, Vaqif Mustafazadə adına Fond |
Mükafatları | |
t.me/emil_afrasiyab_offi… |
Həyatı
Emil Əfrasiyab oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa etmiş, caz musiqisinə 13 yaşından maraq göstərmişdir. [1] 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil almışdır.[2] Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil etmişdir. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülmüşdür. 2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış etmişdir. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif etmişdir.[3]
Təhsili
1989-2000-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfini bitirib. 2012-ci ildə Bostona yola düşərək, Berkli Kollecində Məktəbində təhsilini davam etdirir və 2020 oranı bitirir. O, iki ixtisas (caz bəstəkarlığı və ifaçılıq) üzrə dərs alıb. Xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyət Festivallarının fəalıdır.
Faliyyəti
2004-2011 - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gəngi” ansamblın direktoru
2014-ci ildə ABŞ-nin ən yaxşı musiqi kolleclərindən biri olan Berklee Musiqi Kollecində təhsil alan azərbaycanlı pianoçu Emil Əfrasiyab əlavə kollec təqaüdü qazanıb. [4] 2015-ci ilin iyul ayln 15-də Festivallar Sarayında (Fransa) daha bir tədbir baş tutmuşdur - “Azərbaycan Musiqisi Gecəsi” . Konsert proqramında tanınmış caz ifaçısı, pianoçu Emil Əfrasiyab və onun qrupunun, eləcə də Azərbaycanın incəsənət ustalarının iştirakı ilə etno-caz parçaları təqdim olunub.[5] 30 may 2020-ci il tarixində Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünü qeyd etmək üçün virtual olaraq toplaşdı.[6] Fond tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə “Emillə nahar” adlı caz konsert proqramı hazırlayıb. “Emillə nahar” əsəri Emil Əfrasiyabın orijinal əsərlərini, xalq mahnılarının aranjimanlarını, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə və başqalarının əsərlərini əhatə edib. Leyla Babayeva-Əfrasiyabın ifasında virtual tamaşaçılar məşhur Azərbaycan mahnıları olan İbrahim Topçubaşovun “Na Baxtiyardır”, Tofiq Quliyevin “Yol Ayrıcında” və “Təz qal” mahnılarını dinləməkdən zövq aldılar. Müğənni dinləyiciləri və pərəstişkarlarını cəlb edən sakitləşdirici tembrli fərqli və zəngin səsə malikdir. Emil Əfrasiyab proqramı özünün orijinal bəstələri olan “İki dünya” və “Emildən Əzizə” ilə başlayıb bitirib. Birinci əsər Şərq və Qərb musiqisinin ənənələrini və mədəniyyətlərini özündə cəmləşdirir, ikincisi isə Emilin məşhur caz şahzadəsi Əzizə Mustafazadənin musiqiçiliyinə heyranlığını nümayiş etdirir.
2021 ildə Emil Əfrasiyab Berkli Musiqi Kollecini bitirib dərs deyən ilk azərbaycanlı oldu. Üstəlik, musiqiçiyə Berkli Musiqi Kollecində dərs deməyi təklif ediblər.[7]
14 mart 2022-ci ildə İsrail-Azərbaycan münasibətlərinin bayramı Azərbaycan musiqiçiləri Emil Əfrasiyab və Leyla Babayeva-Afrasiyabın Azərbaycan və İsrail musiqilərinin heyranedici ifası ilə yekunlaşıb.[8] [9] 23-25 sentyabr 2022-ci ildə Emil Əfrasiyab Monterey Jazz Festivalında (ABŞ) keçirilən festivalda Azərbaycanı təmsil edib Monterey Caz Festivalı Kaliforniyanın Monterey şəhərində (ABŞ) keçirilən illik musiqi festivalıdır. 3 oktyabr 1958-ci ildə təsis edilmişdir.[10][11]
Emil Əfrasiyab Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə 20 dekabr 2011-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.[12]
Konsertlər
}}
İstinadlar
- "Emil Əfrasiyab növbəti caz festivalında iştirak edəcək". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 iyun 2015. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2021.
- "Caz azad musiqi olsa da, özünəməxsus qanunları var". medeniyyet.az. "Mədəniyyət" qəzeti. 30 dekabr 2015. 2021-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2021.
- "Emil Əfrasiyab: «Mən sağlam musiqiyə öyrəşməyimizi istəyirəm»". tibbqazeti.az. "Tibb" qəzeti. 30 mart 2015. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2021.
- "Эмиль Афрасияб попал в число лучших студентов Беркли - ФОТО". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- "Days of Azerbaijani Culture to be held in France's Cannes". 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- {{cite web|url= http://https Arxivləşdirilib 2013-07-11 at the Wayback Machine://www.aamfusa.org/lunch-with-emil|title= Jazz concert features Emil Afrasiyab & Leyla Babayeva-Afrasiyab |date= 30 may 2020|website= aamfusa.org|publisher=AAMF|access-date= 30 may 2020|
- "Эмиль Афрасияб стал первым азербайджанцем - выпускником и преподавателем Berklee College of Music". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- "Envoy: Israel-Azerbaijan relationship can serve as model for global ties". 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- "30th Anniversary of Azerbaijan-Israel diplomatic relations marked in Los Angeles". 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- "Эмиль Афрасияб представит Азербайджан на фестивале в США". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- "Monterey Jazz Festival releases red hot lineup for 2022". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
- "Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 20 dekabr 2011. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2021.
Tarix | Konsertin Adı | Ölkə |
---|---|---|
2005 | [[Caspian Jazz and Blues Festival]] | |
2011 | 45th Montreux Jazz Festival | İsveçrə |
2016 | Feeling | Azərbaycan, Bakı |
2017 | Solo Konsert | Yunanıstan |
2018 | Qəbələ Festivalı | Azərbaycan |
2018 | Azərbaycanın 100 illiyi günləri | Yaponiya |
2018 | Azərbaycanın 100 illiyi günləri | Kann |
2018 | Konsert | Türkiyə, Stanbul |
2018 | Qaytağı ilə konsert | İtaliya |
2018 | Konsert | Fransa |
2018 | Azərbaycanın 100 illiyi günləri | Riqa |
2020 | Rəqəmsal Konsert | Azərbaycan / Musiqi Fondu |