Elxot

Elxot (oset. Елхот) — Rusiya Federasiyası, Şimali Osetiyanın Kirov rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kirov rayonunun və Elxot kənd sovetliyinin mərkəzidir. Elxot kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Elxot
Елхот
Bayraq Gerb
Bayraq Gerb
43°20′ şm. e. 44°12′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1838
Mərkəzin hündürlüyü 305 m
Əhalisi
Əhalisi
  • 12.501 nəf. (2017)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86735
Poçt indeksi 363600
Elxot xəritədə
Elxot
Elxot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Kənd Vladikavkazdan 55 km şimal-qərbdə, Terek çayının sağ sahilində yerləşir. Elxot qapısında, Kabarda-Balkariya Respublikası ilə sərhəddə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şərqdə Komsomolskoye, cənub-şərqdə Karcin, qərbdə Zmeyskaya və şimalda Planovskoye.

Kənd yaşayış məntəqəsinin sahəsi - 33.68 km². Bunun 15,02 km² ərazisi yaşayış məntəqəsinin sahəsi, 18,66 km² ərazisi isə kənd təsərrüfatı və digər torpaqlar üçündür.

Kənddə orta hündürlük dəniz səviyyəsindən 315 metr yüksəkdir. Kəndin cənubundan Kabardino-Sunja silsiləsi yüksəlir.

Tarix

1838-ci ildə Terek çayının sağ sahilində, Elxot qapısının girişində bir osetin kəndi qurulur. Daha sonra Zamankul kəndinin qarşı tərəfində, düzənlikdə Elxot adlı müsəlman kəndi meydana gəlir.

1839-cu ildə Qafqaz korpusunun komandiri general Qolovin hərb nazirinə reaportundan: «Keçən il 1838-ci ildə Terekin sağ sahilində Elxot adlı bir müsəlman ostein kəndi quruldu. Bura Beslan (Tulatovo), Zilqi, Batako, Brut, Zamankul, Kardcin müsəlman kəndlərindən 88 ailə məskunlaşmışdır»[2]. Sonrakı illərdə kəndin məskunlaşılması davam etdi. Sakinlər əsasən kənd təsərrüfatı, heyvandarlıq və ticarətlə məşğul olurdular. XIX əsrin əvvəllərində kənddə 3 məscid var idi.

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
osetinlər 11 871 94,0 %
ruslar 564 4,5 %
digərləri 191 1,5 %
ümumi 12 626 100 %

Görməli yerlər

Hərb Tarixi Muzeyi

Naməlum Əsgərin abidə məzarı

Müqəddəs Qeorqe Pobedonos abidəsi

«Elxotov qapısının müdafiəçilərinə» abidə. Burada 1942-ci ilin dekabrında nasist qoşunlarının hücumu dayandırıldı. 1975-ci ildə qoyulan abidə Elxot kəndinin cənub-şərqində, Qafqaz şossesinin kənarında yerləşir. Müəlliflər: heykəltaraş B. A. Totiev, memar Z. Q. Kazbekov.

Böyük Vətən müharibəsi illərində ölən Elxotov sahinlərinin şərəfinə abidə. İkinci Dünya Müharibəsi zamanı Elxot kəndindən 614 sakin həlak olmuşdur. Onların xatirəsinə 1970-ci ildə sakinlərin vəsaiti hesabına kəndin mərkəzində kənd kosvetliyinin həyətində abidə ucaldılmışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.