Elxan Quliyev

Quliyev Elxan Əlibala oğlu (02.11.1952) — Azərbaycan teatr və kino aktyoru.

Elxan Quliyev
Elxan Əlibala oğlu Quliyev
Doğum tarixi
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2002"Tərəqqi" medalı  — 2019
IMDb ID2957604

Həyatı

Elxan Quliyev 2noyabr 1952-ci ildə anadan olub.

1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır.

3-cü qardaş ("Yatmış gözəl və yeddi qardaş" Aleksandr Puşkin), Döyüşçü ("Qılınc və qələm" Məmməd Səid Ordubadi), Zəncirvuran ("Dəli yığıncağı" Cəlil Məmmədquluzadə), Laldinməz polis ("Səhra yuxuları" Anar), Kaytens ("Maqbet" Vilyam Şekspir), Ata ("Anamın kitabı" C.Məmmədquluzadə), Kinto ("Xanuma" A.Saqareli), Alman oğlu ("İnsan" Səməd Vurğun), Sərkərdə Teymur ("Vaqif" S. Vurğun), Kəramət ("Fəryad" Bəxtiyar Vahabzadə), Jurnalist ("Şeyx Xiyabani" İsmayıl Əfəndiyev), Ağa Bəşir ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qarğış ("Qızıl teşt" Seyran Səxavət), Osvald ("Kral Lir" V.Şekspir), Erkin ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Yarqıtay ("Dar ağacı" B.Vahabzadə), Pedro ("Kəllə" Nazim Hikmət), Mirzə Cəlil Məmmədquluzadə ("Hərənin öz payı" Xeyrəddin Qoca), Əkbər ("Rəqabət" B.Vahabzadə), Polis qonşu ("Qatil" Elçin), Zindanbaşı və Enobarb ("Misir gecələri" səhnə redaksiyasının müəllifi Mərahim Fərzəlibəyov), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), İvan Kuzmiç Şpekin ("Müfəttiş", Nikolay Qoqol), vəzir ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), sədr ("Yaşar", Cəfər Cabbarlı).

Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış "Şərqin səhəri" (Bayram), "Sarıköynək və Valehin nağılı" (Rövşən), "6-cı palata" (Vanya), "Şöhrət və unudulan adam" (Fotoqraf), "Hacı Qara" (Səfər bəy) və s. teletamaşalarda, "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sevinc buxtası" (Elxan), "Ani dönüş" (Oqtay), "Pəncərə" (Sahə müvəkkili), "İstintaq" (Milis mayoru) filmlərində çəkilib.

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 10 may 2022-ci ildə[4] və 6 may 2023-cü ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Absurdistan (film, 2008) (tammetrajlı bədii film)
  2. Adam (film, 2010)
  3. Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-rol: Şahin
  4. Altı nömrəli palata (film, 1994)
  5. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-rol: Oqtay
  6. Astana (film, 1986)
  7. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  8. Bəyin oğurlanması (film, 1985)
  9. Biz qayıdacağıq (film, 2007)
  10. Cavad xan (film, 2009)
  11. Günahsız Abdulla (film, 1984)
  12. Günəşim ol (teleserial, 2016)-rol: Süleyman
  13. Həkimlər (teleserial)
  14. Həmyerli (film, 1989)
  15. İstanbul reysi (film, 2010)
  16. İstintaq (film, 1979)
  17. Qardaşımdan yaxşısı yox idi (film, 2010)
  18. Qaydasız döyüş (film, 2009)
  19. Qeybdən gələn səs (film, 2002)
  20. Nə gözəldir bu dünya... (film, 1999)
  21. Pəncərə (film, 1991)
  22. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  23. Sevinc buxtası (film, 1977)
  24. Sonuncu şahid (film, 2004)
  25. Susmuş vicdan (film, 2010)
  26. Şans (film, 2004)
  27. Tələ (film, 1990)
  28. Unudulan adam (film, 1987)
  29. Yanmış körpülər (film, 2007)

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.