Elxan Yunis

Elxan YunisAzərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014).

Elxan Yunis
Elxan Yunis oğlu Abbasov
Digər adı Elxan Abbasov
Doğum tarixi 6 dekabr 1971(1971-12-06) (52 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Həyatı

Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb.

13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb.

Ailəlidir. 3 övladı var.

Tamaşalar

1993-cü ildən bu günə kimi Gəncə Dövlət Dram teatrında fəaliyyətini davam etdirir. İşlədiyi bu illər ərzində müxtəlif rollar oynamışdır.

  1. A. Məmmədov. "Dəli Domrul" — Domrul
  2. H. Cavid. "Ana" — Səlim
  3. T. Əliyev. "Sabir dərdi" — M. Ə. Sabir
  4. C. Cabbarlı. "Aslan və Fərhad" — Fərhad
  5. C. Cabbarlı. "Oqtay Eloğlu" — Aslan bəy
  6. İ. Əfəndiyev. "Mahnı dağlarda qaldı" — Nicat
  7. İ. Əfəndiyev. "Unuda bilmirəm — Kamran
  8. H. Cavid. "Afət" — Toğrul
  9. N. V. Qoqol. "Evlənmə" — Kockaryov
  10. J. B. Molyer. "Skapenin kələkləri" — Skapen
  11. M. F. Axundov. "Müsyo Jordan və Dərviş Məstəli şah" — Dərviş
  12. Elçin. "Cəhənnəmdən cənnətə" — kişi
  13. C. Məmmədquluzadə. "Dəli yığıncağı" — Fazil
  14. N. Dumbadze. "Ağ bayraqlar" — Limon

15. Nüşabə Əsəd Məmmədli. "Cavad Xan" -Cavad Xan

16. Ejen İoneskon-"Kral Ölür" — Kral 17. A. Saqarelinin "Xanuma"

Filmoqrafiya

  1. Kənar adamlar (film, 1992) — Ruslan
  2. Xoca (film, 2012) — komandir
  3. Pərvanələrin rəqsi (teleserial, 2012) — Murad
  4. Həkimlər (teleserial, 2013) — Toğrul
  5. Səndən sonra (teleserial, 2013) — Tahir (Ağa)
  6. Qız yükü (teleserial, 2014) — Habil
  7. Vicdan haqqı (teleserial, 2016) — Kamil
  8. Qara bağ (film, 2016) — Elxan
  9. Əfsanə Qayıdır (komediya filmi, 2018) — Qiyas
  10. Baldız (teleserial, 2018)-Mövsüm
  11. Yuxu kimi (teleserial, 2019-2023) -Çinar
  12. Mən kiməm? (teleserial, 2021)-Altay
  13. Xəyanət (teleserial, 2023)-Yaşar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.