Elxan Ələsgərov
Elxan Ələsgərov — siyasi ekspert, politoloq, "Baku Network" ekspert şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsinin iştirakçısı, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini, "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəri[1].
Elxan Ələsgərov | |
---|---|
Elxan Məmmədəli oğlu Ələsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | COVID-19 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | rabitə-mühəndisi |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Həyat və fəaliyyəti
Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Babası Ələsgər oğlu Hüseynbala məşhur Azərbaycanlı metsenatı Zeynalabdin Tagiyevin şirkətində işlər müdürü calışmışdır. O, Bakı şəhəri "bayır" hissəsində bakılılar arasında "Sonbala acıqlığı" kimi tanınan, sonralar isə "Sovetski" adlandırılan məhlənin 1886-ci ildə təməlini qoymuşdur[1].
5 yanvar 2021-ci ildə koronavirus infeksiyasından dünyasını dəyişib.
Təhsili
Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirmişdir. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdır, rabitə-mühəndisi olmuşdur. "Azon" elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışmışdır. Belarusiya Minsk şəhərində yerləşən "Ali məktəbin" məzunudur. 1981–1985-ci illərdə Ermənistana uzun müddətli ezamiyyətə göndərilmiş və Yerevan şəhərində yaşamışdır. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr "Dostluq" Cəmiyyətində, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyətinin sədr müavini vəzifəsinə işləmişdir[1].
Fəaliyyəti
Qarabağ müharibəsinin iştirakçısı, hərbi rütbəsi polkovnikdir. 2000–2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilmişdi. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərində ki AR XİN-nin səfirliklərində diplomatik xidmətdə olmuşdur[1].
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini və "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəridir. "Qafqaz Albaniyası" və "Qafqaz" Araşdırma Mərkəzlərinin təsisçisi olmuşdur. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200 çox məqalənin müəllifidir.
"Əli və Nino" romanı
"Əli və Nino" romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdi.
"Baltika forumu"
Elxan Ələsgərov Riqada keçirilmiş "Baltika forumunda" iştirak etmişdir. "Baltika forumu" haqqındı demişdir[2]:
Görüş zamanı Rusiya tərəfi ABŞ ilə münasibətlərin təhlükəli vəziyyətindən və mübarizə aparan tərəflərin nəticəsi pis olan səhvi ucbatından nüvə müharibəsinin mümkünlüyündən danışdı. Aİ ölkələrinin mövqeyinin zəifliyi və qeyri-müəyyənliyi, eləcə də Rusiyaya qarşı tətbiq olunan siyasi və iqtisadi sanksiyaların əsassız olduğunu vurğulandı. Çıxışların əsas tezisi Tramp administrasiyası ilə əməkdaşlığın qurulmasının və ABŞ ilə Rusiyanın mövqelərinin yaxınlaşmasının vacibliyi idi. Rusiya Prezidentinin köməkçisi İqor Levitinin sözlərinə görə, NATO-nun genişlənmə cəhdləri konfrontasiyanı gücləndirir, dünya ictimaiyyəti isə bölünüb və beynəlxalq terrorçuluğa qarşı mübarizə apara bilmir. O bəyan edib: "Dünya təhlükəli həddə yaxınlaşıb və biz problemlərin həlli yolunu tapa bilmirik". |
İstinadlar
- "Elxan Ələsgərov". 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-15.
- ""Dünyada Azərbaycanın da daxil olduğu müsbət tendensiyalar nəzərə çarpır"". 2017-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-15.