Elxan İbrahimov

Elxan Paşa oğlu İbrahimov (30 iyul 1969, Bakı) Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ Müharibəsinin iştirakçısı.

Elxan İbrahimov
bayraq
Tibb Baş İdarəsi rəisinin müavini
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1969(1969-07-30) (54 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Tibb Universiteti
Hərbi xidmət
Mənsubiyyəti general-mayor
Rütbəsi
General-mayor

Təltifləri
"Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2020 "Hərbi xidmətlərə görə" medalı  — 2011 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı

1976–1986-cı illərdə Bakı şəhəri 167 nömrəli orta məktəbə təhsil alıb və məktəbi fərqlənmə ilə (medalla) bitirib.

1986-cı ildə "N. Nərimanov" adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1992-ci ildə həmin İnstitutu müalicə işi ixtisası üzrə bitirib.

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

Xüsusi və hərbi xidmət

Elxan İbrahimova 15.11.2000-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 16.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikasında xidmətə başlayıb.

2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsinin Hərbi-həkim Komissiyasının sədri, 06.12.2013-cü il tarixdən 12.03.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin müavini – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi (komissiyanın sədri), 12.03.2020-ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli 2568 nömrəli Sərəncamı ilə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilmişdir.[1]

İkinci Qarabağ Müharibəsində iştirakı

10.06.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək İkinci Qarabağ Müharibəsində Tibb Baş İdarəsinin rəisi kimi xəstə və yaralıların vaxtında təxliyəsi və ilkin tibbi yardımın təşkilində Ordunun tibb xidmətinə rəhbərlik edib.

AZƏRTAC İnformasiya Agentliyinin 06.01.2021-ci ilı tarixli verilişində Tibb Xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimov hərbi şəraitdə tibb xidmətinin təşkili barədə ictimaiyətə geniş məlumat vermiş, eyni zamanda hərbi reabilitasiya mərkəzinin işini işıqlandırmışdır.[2]

Təltifləri

Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş təltiflər

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş təltiflər

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş təltiflər

Digər

Ona 15.08.2022-ci il tarixdə "Azərbaycan Respublikasının Müharibə veteranı" adı verilmiş, müvafiq vəsiqə təqdim edilmişdir.

İstinadlar

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  2. Azərtac. "Azertac Agentliyinin reportajı". 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  7. "Instagram". www.instagram.com. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.