Elxan
Elxan — Elxanilər dövlətinin hökmdarının titulu. Elxanilər eyni anda "Xan" titulu da daşıyırdılar. Bu titula 1260-cı ildən öncə mənbələrdə rast gəlinmir.[1] Mənası "tabe olan xan" deməkdir.[2]Digər yozuma görə isə mənası "Bir elin (torpağın, xalqın) xanı" deməkdir.
Qaşqaylarda
Bu titul 1818–1819-cu illərdə Qaşqayların tayfa başçısı Can Məhəmməd xan tərəfindən yenidən qəbul edilmişdir və titul nəsildən-nəsilə ötürülmüşdür. Bu nəsildən son elxan Nasir xan 1954-cü ildə Məhəmməd Musəddiqə dəstəyindən ötrü sürgün olundu və 1984-cü ildə Qaşqayların son elxanı olaraq vəfat etdi.[3]
İstinadlar
- Peter Jackson The Mongols and the West, səh.127
- Fəzlullah Rəşidəddin — Cəmi ət-Təvarix
- "Qaşqaylar — Encyclopedia Iranica". 2015-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.