Elvin Səfərov (polkovnik-leytenant)

Elvin Sərraf oğlu Səfərov (24 oktyabr 1992, Kərimbəyli, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Elvin Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1992(1992-10-24) (31 yaş)
Doğum yeri Kərimbəyli, Füzuli rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Şuşanın azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı  — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Bayrağı" ordeni  — 2023 "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı  — 2020 "Şücaətə görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı  — 2020 "Şuşanın azad olunmasına görə" medalı  — 2020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hərbi xidməti

Döyüş əməliyyatları zamanı və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Hərbi xidmətlərə görə" medalı verildi.[1]

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Səfərov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Elvin Səfərov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[4]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Təltifləri

İstinadlar

  1. "Prezident DSX-nın hərbi qulluqçularını təltif edib - SİYAHI". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  4. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 17.08.2023. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.08.2023.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.