Elvin Qayıbov
Elvin Sədrəddin oğlu Qayıbov (26 dekabr 1989; Xaçmaz, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Elvin Qayıbov | |
---|---|
Elvin Sədrəddin oğlu Qayıbov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi |
![]() |
Təltifləri |
![]() |
Həyatı
Elvin Qayıbov 1989-cu ilin 26 dekabr günündə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.
Hərbi xidməti
Çavuş Elvin Qayıbov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 5-i isə Elvin Qayıbov Xaçmaz rayonunun Əbilyataq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və çavuş Qayıbov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Elvin Qayıbov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.