Elvin Mirzəyev (rejissor)

Mirzəyev Elvin Hacı oğlu (18 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru və aktyoru.

Elvin Mirzəyev
Elvin Hacı oğlu Mirzəyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Rejissor, aktyor
Fəaliyyət illəri 1997 —
Təhsili
Mükafatları İlin ən yaxşı gənc rejissoru - (2003)I Prezident təqaüdü - (2007) I İlin ən yaxşı tamaşası - "Arşın mal alan" tamaşasına görə
tremtv.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Elvin Mirzəyev 1974-cü ildə Bakıda anadan olub. 1994-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun fortepiano şöbəsini, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. 1996–2003-cü illərdə Bakı Kamera Teatrında rejissor, aktyor, 2003–2004-cü illərdə Space TV, 2004–2006-cı illərdə isə ANS TV-də işləyib. 2006–2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru olub. 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rejissoru olub. 2013-cü ilin oktyabr ayından öz "TREM TV Production" kinoşirkətini yaradır. Bu şirkətin bazasında "Qağayı" və "Əli və Nino" bədii televiziya seriallarını, bir sıra sənədli filmlər və kliplər çəkir. 2016-cı ilin oktyabr ayından İrəvan Azərbaycan Dövlət Teatrının rejissorudur. 2023-cü il yanvar ayından Alternativ SƏHNƏ Teatrının baş rejissorudur.

2000-ci ildə "Yaranış" tamaşasına görə Respublika Gənclər Festivalında ikinci mükafat alıb. 2003-cü ildə "İlin ən yaxşı gənc rejissoru" mükafatı ilə təltif edilib. 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Almaniyada, Rusiyada, Ukraynada, Çexiyada, İranda keçirilən beynəlxalq teatr festivallarında öz tamaşaları ilə çıxış edib, mükafatlar alıb. Azərbaycan, rusingilis dillərini bilir.

Evlidir – Ayşə adlı qızı və Əlixan-Əliheydər adında oğlu var. SSRİ xalq artisti, rejissor Mehdi Məmmədovun bacısı nəvəsidir.

Əli və Nino

2006-cı ildə Teatr Xadimləri İttifaqının nəzdində Azərbaycanda ilk dəfə alternativ Yaradıcı Gənclər Mərkəzi layihəsi reallaşır. Mərkəzin təsisçilərindən biri olan Elvin Mirzəyev 2007-ci ildə İttifaqın səhnəsində həyata keçirilən "Əli və Nino" romanı əsasında virtual dekorasiyalı ritual faciənin ssenari müəlliflərindən biri, rejissor və baş rolda çıxış edir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Gənclər və İdman NazirliyiAzərbaycan Beynəlxalq Bankının bu layihədə ciddi dəstəyi olur. Tamaşa böyük uğurla nümayiş olunur və tamaşaçıların rəğbətini qazanır. Elvin Mirzəyevin daha geniş auditoriyada tanınmasında "Əli və Nino" tamaşasının xüsusi rolu var.

Bir müddət sonra, tamaşaçı axınına baxmayaraq, bilinməyən səbəblər üzündən "Əli və Nino" tamaşası bağlanır. Yalnız dörd ildən sonra (2011-ci ildə), Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Xalq Artisti Amaliya Pənahovanın dəvəti ilə Elvin Mirzəyev tamaşanı yenidən bərpa edə bilir. Əvvəlki ifaçılardan yalnız Əli (Elvin Mirzəyev), Nino (Nigar Həsənzadə)və Seyyid Mustafa (Toğrul Rza) qalmaqla bütün heyət Bakı Bələdiyyə teatrının daimi aktyorlarından yığılır. 2011-ci ilin 16 may tarixi "Əli və Ninonun" yeni premyera təvəllüdünə çevrilir və yenidən böyük tamaşaçı kütləsi yığır. 2012-ci ilin mart ayında tamaşa daha bir uğura imza atır. Rusiyanın ən mötəbər festivallarından biri, "Qızıl Maska" teatr festivalı "Əli və Nino"nu Moskva şəhərinə dəvət edir. Böyük tamaşaçı alqışı, yüksək resenziyalar, rəylər alan tamaşa "Maska" ilə Bakıya dönür. Həmən ərəfədə tamaşa daha bir neçə festivallara dəvət alır. İki ay sonra, 2012-ci ilin may ayında, Ukraynanın Xerson şəhərində "Melpomena Tavrii" XIV Beynəlxalq Teatr festivalında "Əli və Nino" daha iki mükafata layiq görülür: Baş qəhrəman Nino Kipiani roluna görə aktrisa Nigar Həsənzadə "Ən yaxşı qadın" ifaçısı kimi, ümumulikdə tamaşa və teatr "Yüksək peşəkar səhnə əsəri" mükafatı ilə təltif edilir. Hal-hazırda teatr "Əli və Nino" nun digər festivallarda iştirakına hazırlaşır.

Elvin Mirzəyevin jurnalist Rübabə Səməndərlə müsahibəsindən:

"Əli və Nino" elə bir məkandır ki, orda bütün münaqişələr, bütün düşmənçiliklər, ədavətlər silinir, bütün sərhədlər aradan qalxır. Orda sən özünü nə şərqli, nə qərbli hesab edirsən. Orda sən kimsənsə, necə varsansa, harda doğulmusansa, hara bağlısansa məhz osan.

Arşın mal alan

2008-ci ildə Elvin Mirzəyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alır. Bir il sonra, 2009-cu ildə yeni versiyada quruluş verdiyi Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası ilin ən yaxşı tamaşası kimi "Yaxşıların Yaxşısı" mükafatına layiq görülüb.

Elvin Mirzəyevin jurnalist Sevda Ismayıllı ilə müsahibəsindən:

"Bilirsiniz, mən istəyirəm tamaşanın başqa tərəflərindən danışaq. Əgər bu haqda söhbət düşdüsə, istərdim o adamlar diqqətlə Üzeyir Hacıbəylinin librettosunu oxusunlar, musiqisinə qulaq assınlar. Və daha həssas olsunlar. Əgər Üzeyir bəy öz dövründə konservatizmin, ortodoksal fikirlərin azadlığına çalışırdısa, biz niyə də bunu 2009-cu ildə etməyək? Mən istəmirəm ki, "Arşın mal alan" bir muzey eksponatı kimi qalsın. Mən istəyirəm ki, ona bu günümüzün nəzər-nöqtəsiylə baxılsın."

Əli və Nino film, 2016

Əli və Nino filmi — Elvin Mirzəyevin ssenari müəllifi və quruluşçu rejissoru olduğu Azərbaycan bədii filmidir. Film Qurban Səidin Əli və Nino romanı əsasında çəkilmişdir. Baş rolları Elvin Mirzəyev və Nigar Həsənzadə canlandırmışdır. Çəkilişləri Azərbaycan və İranda aparılmışdır. Çəkilişlərinə 2014-cü ildə başlanılan[1] film əvvəlcə 12 serialı teleserial formasında nəzərdə tutulsa da sonradan 110 dəqiqəlik film formasında 2016-cı ildə Bakıda ilk premyerası baş tutmuşdur. Filmin 4 seriyalı teleserial forması da mövcuddur.

Film ilk dəfə 27 dekabr 2016-cı ildə Bakıda, "YARAT" Müasir İncəsənət Mərkəzində təqdim edilib.[1][2][3][4] 13 aprel 2015-ci ildə filmdən ilk fotolar yayımlanıb.[5] 6 oktyabr 2016-cı ildə filmdən növbəti dəfə foto və ilk dəfə video görüntülər yayımlanıb.[6][7]

Filmin rəsmi treyleri 5 dekabr 2016-cı ildə YouTube video sosial şəbəkəsinə yerləşdirilib.[8]

2020-ci il 1 iyul tarixindən 6 iyula qədər filmin serial versiyası Xəzər Televiziyasında yayımlanıb.

Teatr tamaşaları

  1. U. Gibson "İki nəfər yellənçəkdə" (2000)
  2. T. Uilyams "Arzu tramvayı" (2001)
  3. E. Mirzəyev "Çıxış" (2002)
  4. A. P. Çexov "Qılaflı adam" (2002)
  5. R. İbrahimbəyov "Unudulmuş avqust" (2003)
  6. K. S. Lyuis "Narniya əhvalatları" (2004)
  7. E. Hofman "Portağal şahzadə" (2004)
  8. Koroğlu (Fransız dilində) (2004)
  9. M. F. Axundov "Hekayəti-müsyö-Jordan" (Yunan dilində) (2004)
  10. E. Hofman "Şelkunçik və siçanlar şahı" (2005)
  11. Q. Səid "Əli və Nino" (2007)
  12. K. Sergiyenko "Əlvida yarğan" (2008)
  13. Ü. Hacıbəyov "Arşın mal alan (2009)
  14. E. Hofman "Şahzadə Turandot"
  15. X. Hüseyni "Min möhtəşəm günəş" (2017)
  16. Nizami, Şekspir, Vergili, Hesse, Bulqakov "Axına qarşı" (2017)
  17. V. Bellini "Norma" (opera, 2018)
  18. 5 müəllif "Bölünənlər" (2019)
  19. M. F. Axundov "Bir dəfə Qarabağda" (müzikl, 2021)
  20. R. İbrahimbəyov "Şirəbənzər" (2023)
  21. E. Olbi "Zooparkda nə baş verdi?" (2023)

Filmoqrafiya

  1. Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
  2. Aldanmış kəvakib (film, 2005)
  3. Vətəndaşlar müharibəsi (film, 2004)
  4. Qara zolaq. 20 il sonra (film, 2005)
  5. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  6. Adın sirri və tale. Qurban Səid (film, 2010)
  7. Sübhün səfiri (film, 2012)
  8. Qağayı (2012) çoxseriyalı bədii serial
  9. Əli və Nino (film, 2016)
  10. Qafqazın inciləri (Sənədli filmlər silsiləsi, 2020)
  11. Sonuncu sütun (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2021)
  12. Bir addım da olsa (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2021)
  13. Yaşasın (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2021)
  14. 13-cü gün (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2022)
  15. Qul (film, 2022)
  16. Bir də mən… (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2022)
  17. Qətl gecəsi (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2023)
  18. Geriyə baxanda (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2023)
  19. Qayıdış uşaqları (Sənədli film, AZTV Bədii və Sənədli filmlər studiyasında, 2023)
  20. O tərəfi kölgə… (II Qarabağ Müharibəsi haqqında Bədii Film, 2023)

Xarici keçidlər

  1. Yarat! Contemporary Art Space. "YARAT Film Klub: "Əli və Nino" / Elvin Mirzəyev". facebook.com. 2016-12-27. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-16.
  2. ""ƏLİ VƏ NİNO"NUN PREMYERASI OLACAQ" ( (az.)). primetime.az. 2016-12-06. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  3. Kamal Yaşar. "Elvin Mirzəyevin quruluş verdiyi "Əli və Nino" filminin premyerası olub" ( (az.)). kepeztv.az. 2016-12-28. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.; YouTube-dan izlə Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine
  4. Ülviyyə Həsənqızı. ""ƏLİ VƏ NİNO" BU DƏFƏ YARAT SƏHNƏSİNDƏ..." ( (az.)). primetime.az. 2016-12-28. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  5. Ф.В, Г.Р. "В Баку снимается сериал «Али и Нино» — ФОТО" ( (rus.)). 1news.az. 2015-04-13. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  6. Trem TV Production. "Ali & Nino/Əli və Nino/Али и Нино — Azeri version — TV serial" ( (az.) (rus.)). youtube.com. 2016-10-06. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
  7. "Новые фото и видеокадры сериала «Али и Нино» — ФОТО – ВИДЕО" ( (rus.)). 1news.az. 2016-10-20. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-25.
  8. Trem TV Production. "ALİ and NİNO — OFFİCİAL TRAYLER — ƏLİ VƏ NİNO SERİALI — RƏSMİ TREYLER — АЛИ И НИНО" ( (az.) (rus.)). youtube.com. 2016-12-05. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.