Elvin İmaməliyev
Elvin Elsevər oğlu İmaməliyev 9 may 1989; Qırılı, Ağstafa rayonu — 10 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi
Elvin İmaməliyev | |
---|---|
Elvin Elsevər oğlu İmaməliyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qırılı, Ağstafa rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Şuşa şəhəri, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Qırılı |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
![]() ![]() |
Həyatı
Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub.[1] 1995–2006-cı illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb.
2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamışdır.
2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı.[2] Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi. Ailəli idi. İki oğlu yadigar qaldı.
Hərbi xidməti
Elvin İmaməliyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[5]
(29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
- ""Şəhid olan Elvin Ağstafanın ən gənc məktəb direktoru idi" - RTŞ rəhbəri"" (az.). www.azedu.az. 2020-11-12. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.