Elton Məmmədov (deputat)

Elton Arzuman oğlu Məmmədov (18 dekabr 1954, Qazıqumlaq, Ucar rayonu) —Azərbaycan Milli Məclisinin II, IIIIV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri,[1]

Elton Məmmədov
bayraq
Azərbaycan Milli Məclisinin II, IIIIV çağırış deputatı
bayraq2
2000 24 noyabr 2015
Seçki dairəsi2000 — 89 sayılı Ucar
2005 — 91 saylı Ucar
2010 — 91 saylı Ucar
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVüsal Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 18 dekabr 1954(1954-12-18) (69 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, mühəndis
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru,professor

Təltifləri "Şöhrət" ordeni

Həyatı

Məmmədov Elton Arzuman oğlu 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Qazıqumlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikomuna daxil olmuş, 1973–1975-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra təhsilini davam etdirib.

Elton Məmmədov Texnikomu və Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq, 1979-cu ildə gənc və perspektivli mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Tomsk şəhərinə göndərilib və orada əmək fəaliyyətinə başlayıb. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Mexanika fakültəsində təhsil alaraq "mühəndis-mexanik" ixtisasına yiyələnib. Təhsiili ilə barəbar Tomsk şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Komsomol, partiya, həmkarlar, xalq nəzarəti ictimai təşkilatlarına rəhbərlik etmişdir. Bu fəaliyyətinə görə 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib, 04 iyul 2019-cu ildə Fəxri məzun adına laiq görülmüş, Universitet həyatında fəal iştirakına görə Universitetə dəvət edilərək fəxri adlar və medallarla təltif edilib, həmçinin əmək fəaliyyətində fərqlədiyinə görə Vilayət Partiya Komitəsinin və Vilayət Həmkarlar Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir.

1989-cu ildən vətənə geri dönərək müəyyən təşkilatlarda və müəssisələrdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

Hal-hazırda AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasında professor vəzifəsində fəaliyyət göstərir.

23 iyun 2020-ci ildə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin" Akademiki, həqiqi üzvü seçilib

Həmin ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademikyasının akademiki, həqiqi üzvü seçilib

Ailəsi

Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısıdır.[2]

Siyasi-ictimai fəaliyyəti

2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İkinci çağırış 89 saylı Ucar seçki dairəsindən,2005–2010-cu illərdə 91 saylı Üçüncü çağırış Ucar seçki dairəsindən və 2010–2015-ci illərdə Dördüncü çağırış Ucar 91 saylı seçki dairəsindən deputat seçilmiş və Milli Məclisdəki fəaliyyəti illəridnə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komissiyasnın üzvü daha sonra həmin komitənin sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətimə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri, eyni zamanda Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qruplarının üzvü olub.

13 may 2019-cu ildən 28 noyabr 2019-cu ilə qədər AzTU-nun strateji inkişaf üzrə prorektoru, 28 noyabr 2019-cu il tarixindən 16 yanvar 2020-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, 16 yanvar 2020-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti

Rəhbərlik etdiyi "Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi" ictimai əsaslarla elmi-tədqiqat laboratoriyasının müdirdir.

2007-ci ildən AZTU-da elmi pedaqoji fəaliyyətə başlayıb. Həmin ildə də "Maye yanacaqların istilik-fiziki xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə elmi dərəcəsi, 2014-cü ildə "Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri" mövzusunda doktorluq desertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

Əsərləri

Elton Məmmədov 64 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 3 ixtiranın, 3 ali məktəb üçün dərsliyin müəllifidir. Həmmüəllifi və müəllifi olduğu əsərlər:

  • Mayenin kompleks istilik-fiziki kəmiyyətlərinin təyin edilməsinin bir üsulu haqqında. AzTU, Bakı 2003, Cild II (7), № 3
  • Эксперементальное исследо-вание теплопродности дибутил и диизобутилсебационатов при высоких температурах и давлениях. Национальная Академия Наук Беларуси. Институт тепло и масообмен, им. А.В.Лыкова. ИФЖ,., Минск-2003, T 76, № 6.
  • Плотность дизельного топлива при температурах 304–498 К AzTU, Bakı 2004, Cild III (11), № 3.
  • Вязкость товарных сортов бензина А-93 и А-95. Pedaqoji Universitetin xəbərləri, АДРU, Bakı-2004, № 3. 5
  • Плотность и вязкость жидких топлив. AzTU, Bakı 2004, Cild III (10), № 2.
  • Теплофизические свойства метилкапроата. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2008, Cild 7(25) № 1.
  • Lay suyunun sıxlığının və dinamik özlülük əmsalının təcrübi tədqiqi. AzTU, Bakı 2009, Cild VIII (30) № 2.
  • İzoamilpropionatın özlü axınının aktivləşmə parametrləri və termik xassələri. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2009. Cild VIII (32) № 4.
  • Maye yanacaqlarının istilik-fiziki xassələri. Çap Monoqrafiya "Tərəqqi" MMC-nin mətbəəsi, Bakı 2004. 124
  • Плотность смеси амилпропионат-гексилпропионат в широком интервале параметров состояния. Elmi əsərlər, Fundamental elmlər,. AzTU, Bakı 2009, Cild VIII (29) № 1.
  • İntroskopiyanın istilik üsul və vasitələri. AzTu-nun mətbəəsi. Bakı-2010
  • Abşeron yarımadasında neftlə çirklənmiş torpaqlarin təmizlən-məsində fazaların ayrılma prosesinin intensivləşdirilməsi üçün müxtəlif reagentlərin tədqiqi. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2010, Cild IX (36) № 4.
  • Экспериментальное исследование плотности и теплопроводности смеси амил-пропионат-изоамилпропионат. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2011, Cild, X (37) № 1
  • Lay sularının təmizlənməsində nanokompozitlərin işlənməsi və tədqiqi "Nonotexnologiyalar və onların texnikada tətbiqi" mövzu-sunda keçirilmiş. I beynəlxalq konfransın materialları. Bakı 2011
  • Lay sularının reoloji xassələrinə nanotəsirin tədqiqi. "Nonotexnologiyalar və onların texnikada tətbiqi" mövzusunda keçirilmiş I beynəlxalq konfransın materialları. Bakı 2011
  • Lay sularının təmizlənməsinə metal nanohissəciklərin təsirinin tədqiqi. "Tərəqqi" MMC-nin mətbəəsi, Bakı 2011, 98
  • Samux rayonundan götürülmüş neft nümunəsinin reoloji və termik xassələri. AMEA-nın xəbərləri, Fizika-riyaziyyat və texnika elmləri seriyası, fizika və astronomiya. Bakı 2011, Cild XVII № 2.
  • Amilpropionat-izoamilpropionat sisteminin dinamik özlülük əmsalı və özlü axinin aktivləşmə parametrləri. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2011, Cild, X (38) № 2.
  • "Prafinli neftlərin emalı üsulu" Çap Patent. Ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi. № a2011 0119, 27.07 2011.
  • Ftalat turşusunun mürəkkəb efirlərinin sıxlığının yüksək hal parametrlərində təcrübi tədqiqi. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2012, Cild, X (42) № 2.
  • Neftmədən tullantı sularının fiziki-kimyəvi göstəricilərinin və reoloji parametrlərinin temperatur asılılığının təcrübi tədqiqi. BDU Fizika problemləri İnstitutu, Fizikanın Müasir Problemləri. VI Respublika konfransının materialları. Bakı 2012
  • Parafinli neftlərin fiziki-kimyəvi göstəricilərinə və reoloji parametrlərinə metal nanohissəciklərin təsirinin təcrübi tədqiqi. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2012, Cild, XI (44) № 4.
  • Neft sənayesinin ekoloji və texniki poblemlərinin həll edilməsində metal nanohissəciklərin tətbiqi yolları. Elmi əsərlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 90 illik yubileyinə həsr olunmuş "Metallurgiya və materialşünaslığın problemləri" I beynəlxalq elmi konfransının materialları. AzTU, Bakı 29–30 aprel 2013.
  • Parafinli neftlərin və neft məhsullarının fiziki-kimyəvi xassələrinə nanohissəciklərin təsirinin təcrübi tətqiqi "Tərəqqi" MMC-nin mətbəəsi, Bakı 2013. 133
  • Neft məhsullari ilə çirklənmiş torpaqlarin təmizlənməsində reagentlərin rolunun təsirinin abşeron yarımadasının timsalında araşdirilması. Elmi əsərlər, Fundamental elmlər, AzTU, Bakı 2013, Cild, II № 2.
  • Экспериментальное исследова-ние поверхностного натяжения парафиновой нанонефти, перспективной для применения в нефтяной промышленностиzМеждународный науч-ный журнал "Альтер-нативная энергетика и экология" Научно-технический центр "Тата" № 4/5 (123) 2013.
  • Изучение влияния наночастиц на поверхностное натяжение растворов ПАВ. Международный научный журнал "Альтернативная энер-гетика и экология" Научно-технический центр "Тата" № 4/2 (123) 2013.
  • Экспериментальное исследова-ние влияния металлических на-ночастиц различных содержа-ней и диаметров на физико-химические показатели и реологические параметры парафиновой нефти. Международный науч-ный журнал "Альтерна-тивная энергетика и экология" Научно-технический центр "Тата" № 4/3 (123) 2013.
  • Исследование эффективности применения местных реагентов для очистки и повторного использования нефтепромыс-ловых сточных вод. Международный научный журнал "Альтернативная энергетика и экология" Научно-технический центр "Тата" № 4/4 (123) 2013.
  • Применение минеральных и органических реагентов в процессе очистки нефтезагряз-ненных земель. Международный науч-ный журнал "Альтерна-тивная энергетика и экология" Научно-технический центр "Тата" № 4/1 (123) 2013.
  • Parafinli neft nümunəsinin nanotəsirdən əvvəl və sonra reoloji xassələrinin təcrübi tədqiqi. Bakı DövlətUniversitetinin Xəbərləri Вестник Baku 2013 № 4.
  • Lay sularının nanotəsirdən əvvəl və sonra sıxlığının temperatur asılılığının təcrübi tədqiqi. Elmi-texniki və istehsalat jurnalı № 1. 2014 s. 8
  • SAM ilə kompozisiyada Al-nano-hissəciklərin bitumun xassələrinə təsirinin tədqiqi. Elmi-texniki və istehsalat jurnalı. № 5 Baku 2014.
  • Al-naftenat və yağ turşuları qatqı-larının bitumun keyfiyyət göstə-ricilərinə təsirinin araşdırılması. Bakı Universitetinin Xəbərləri Вестник № 4, Baku 2014 3
  • Dispers nanosistemlərinin hazırlanması və onların reologiyasının tədqiqi. Çap Bakı Universitetinin Xəbərləri Вестник № 4, Baku 2014 7
  • Çirklənmiş torpaqlarda olan çirkləndiricilərin fiziki-kimyəvi göstəricilərinin və karbohidrogen-lərin miqdarının tədqiqi. Elmi-texniki və istehsalat jurnalı . № 2, Baku 2015. 3
  • Research of Affection of Iron Nanoparticles on Chemical Indicators and Rheological Parametr of Waxy Crude Oil. American Chemical Science Jurnal 9(3) 1–6. 2015/ Article no/ACSJ
  • Deemulqatorların və digər kimyəvi reagentlərin kerasin-su sərhəddində səthi gərilmə əmsalının tədqiqi. Elmi-texniki və istehsalat jurnalı. № 1, Baku 2016
  • Neftin deemulsasiya olunmasında istifadə olunan reagentlərin aktivliyinin və fiziki-kimyəvi xassələrinin tədqiqi. Bakı Universitetinin Xəbərləri Вестник Baku 2016.№ 2
  • Адгезийные особенности амииловых соединений органических кислот. Актуальные проблемы гуманитарных и естественных наук. № 12 Moskva 2016.
  • Özülü neft yol bitumlarının səthi-aktiv maddələrlə modifikasiyası. Bakı Universitetinin Xəbərləri Вестник Baku 1/2016.
  • Влияние полимеров и поверхностно активных веществ на свойства вязких дорожных битумов, Çap Актуальные проблемы гуманитарных и естественных наук. № 09 Moskva 2017.
  • Səthi-aktiv maddələrin və onlarin qarişiğinin səthi aktivliyinin tədqiqi. Çap Ekologiya və su təsərrüfatı. Elmi-texniki və istehsalat jurnalı. № 4, Baku 2017
  • Влияние наночастиц железа на реологические параметры парафиновой нефти Çap Azərbaycan neft təsərrüfatı. № 10 10.2017
  • Buzovna sahəsi neftinin deemulsasiyası prosesində deemulqatların tədqiqi. Elmi əsərlər fundamental elmlər AzTU, Bakı 2017., № 4.
  • Neftin deemulsasiyası zamanı deemulqatorların duz çökməsinə və korroziya prosesinə təsiri. Bakı Universitetinin Xəbərləri Вестник Baku 2017. № 4
  • Выбор и исследование химических реагентов для получения дэмульгаторов, Çap Актуальные проблемы гуманитарных и естественных наук. № 01 (108) Moskva 2018.
  • Nəqliyyatda kommersiya işi "MM-S" müəssisəsi Bakı-2018
  • Emulsiyali neftlərin özlüyünə kimyəvi reagentlərin təsirinin tədqiqi. Çap Elmi əsərlər fundamental elmlər AzTU, Bakı 2018. № 1.
  • Neftin nəqlini asanlaşdıran reagentlərin deemulsasiya prosesinə təsirinin tədqiqi. Çap Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 90 illik yubileyinə həsr olunmuş "Metallurgiya və materialşünaslığın problemləri" I beynəlxalq elmi konfransının materialları. AzTU, Bakı 3–5 may 2018
  • Исследование влияния химических реагентов на вязкость эмульсионных нефтей Çap Вестник ТГАСУ 2018 № 5
  • Özülü yol bitumları üçün adgeziya qatqılarının tədqiqi. Çap Azərbaycan Neft təsərrüfatı 2018 № 12
  • "Зеленое" строительство и экологическая безопасность зданий и сооружений Çap ИНВЕСТИЦИИ, СТРОИТЕЛЬСТВО, НЕДВИЖИМОСТЬ КАК ДРАЙВЕРЫ СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЯ ТЕРРИТОРИИ И ПОВЫШЕНИЯ КАЧЕСТВА ЖИЗНИ НАСЕЛЕНИЯ М А Т Е Р И А Л Ы IX Международной научно-практической конференции 12–15 марта 2019 г. Томск Часть 1 Издательство ТГАСУ 2019 4
  • Yüksək özlülüklü neftlərin mədəndaxili nəqlini asanlaşdırmaq üçün reagentin tədqiqi və mədən sınaqlarının aparılması Çap Elmi əsərlər fundamental elmlər AzTU, Bakı 2019., № 1.
  • Anion səthi-akтiv maddələrin su-neft emulsiyalarının dayanıqlığına təsirinin tədqiqi. AzTU, Bakı 2019., № 1.
  • Интеллектуальные транспортные системы в технической эксплуатации автомобилей Çap Харьковский национальный автомобильно-дорожный университет Украинский государственный университет железнодорожного транспорта, Азербайджанский Технический Университет Баку-"Апостроф-А"-2019
  • Şəhər sərnişin nəqliyyatı xidmətlərində servis səviyyəsinin yüksəldilməsi yolları Çap AR Təhsil Nazirliyi AzTU Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Azərbaycanın nəqliyyatı:nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda Respublika Elmi konfransının materiallarə Bakı 2019.
  • Anion səthi-aktiv maddələrin alınması üsulu Çap Patent a2018 0079 Bülleten № 2 28.02.2020
  • Şişmiş gillərin bərpası və keçiriciliyinə həll edici tərkiblərin təsirinin tədqiqi. Çap "Milli Aerokosmik agentliyin xəbərləri" 2020
  • Layın quyudibi zonasının işlənməsi üçün istifadə olunan katyon səthi-aktiv maddənin səthi-aktiv xassələrinin tədqiqi. Çap Azərbaycan Mühəndislər Akademiyasının xəbərləri, № 1, 2020
  • Neftlərin mədəndaxili nəqlininekoloji aspektləri. Çap Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət universiteti Kimyanın müasir problemləri Respublika Elmi konfransının materiallarə Bakı 2021
  • Пакетный редуктор на базе двух не вращающихся осей. Материалы "Международная научная конференция МЕХТРИБОТРАНС 2021" 9 – 10 НОЯБРЯ 2021 Г. РОСТОВ-на-ДОНУ
  • Mathematical Modeling of the Antenna. Devices of the Microwave Range. Mathematical Modeling of the Antenna Devices of the Microwave Range. EMITTER International Journal of Engineering Technology. ISSN: 2443–1168, Vol. XX, No. X, 2022, pp. XXX–XXX. DOI: 10.24003/emitter.vXix.xxx.
  • Mathematical Modeling of an Antenna Device Based on a T-shaped Waveguide of the Microwave Range. Mathematical Modeling of an Antenna Device Based on a T-shaped Waveguide of the Microwave Range. The International Symposium for Production Research 2022 (ISPR2022), 2022, pp. XXX–XXX.

Mükafatları

  • 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib və 04 iyul 2019-cu ildə Fəxri məzun adına laiq görülüb.
  • MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətinə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin medalı (universitetdəki fəaliyyətinə görə), Tomsk vilayət həmkarlar komitəsinin fəal üzvü medalı, Çelyabinsk Traktor zavodunun "Əməkdə fərqlənməyə görə" qızıl döş nişanı ilə təltif olunub.
  • 18 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.[3]

İstinadlar

  1. "AMEA Rəyasət Heyəti aparatının idarələri". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-26.
  2. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  3. "E.A. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 18 dekabr 2014, 18:50. 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.