Elsevər Hüseynov

Elsevər HüseynovAzərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Elsevər Hüseynov
Elsevər Sabir oğlu Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Vəfat tarixi 25 aprel 1994(1994-04-25)
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Kapitan
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı

Elsevər Hüseynov 1965-ci ildə Salyanda doğulub.

1979-cu ildə "Cəmşid Naxçıvanski" adına hərbi məktəbə daxil olub. Daha sonra təhsilini "Baki Ali Birləşmiş Komandirlər" məktəbində davam etdirib və 1986-ci ildə Moskvaya hərbi xidmətə göndərilib. Moskvada Suvari alayında kapitan kimi xidmət edən Elsəvər Hüseynov "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilir.

1991-ci ildə Azərbaycan Ordusunda xidmət etmək üçün Azərbaycana qayıdır.

1992-ci ildə Elsevər Hüseynov Ağdərənin Levonarx, Akop-Komari, Maqauz, Kasapet, Madagiz, Drmbon habelə Füzuli rayonunun Araz Dilağarda və s. kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak edir.

Aqromer kəndi yaxınlığında aparılan əməliyyatı isə kapitan Elsevər Hüseynov özü hazırlayır və bu əməliyat uğurla nəticələnir.

Drmbon kəndi uğrunda gedən döyüşlərdə kapitan Elsevər Hüseynovun idarə etdiyi PDM vurulur və peşəkar hərbçi olan Elsevər maşındakı bütün yaralı silahdaşlarını xilas edib və kömək gələnədək erməni əsgərləri ilə tək başına vuruşur.

Şəhid olan Elsevər ölümündən sora Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 9 oktyabr tarixli fərmanı ilə göstərdiyi şücaətə görə Elsevər Sabir oğlu Hüseynov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Mükafatı

Azərbaycan Respublikasının bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlara görə Elsevər Hüseynov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Elsevər Sabir oğlu Hüseynov "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[1]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.