Elnur Məmmədov (əsgər)

Elnur Məmmədov (tam adı: Elnur İsrafil oğlu Məmmədov; 16 sentyabr 1989, Daşkəsən rayonu2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Elnur Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1989(1989-09-16)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 2020(2020-10-02) (31 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Quru Qoşunlar
Döyüşlər

Həyatı

Elnur Məmmədov 16 sentyabr 1989-cu ildə, Daşkəsən rayonunda anadan olmuştur. Uşaqlıqdan vətənə, torpağa, elə-obaya bağlılıq hissi onda çox güclü idi, buna görə də böyüdüyündə hərbçi olmaq qərarına gəldi. 20% torpağımızın düşman tapdağı altında qalması onu narahat edirdi və bir gün qisas gününün gələcəyinə ümid edirdi. Məmmədovlar ailəsinin üç oğlu var, evin böyüyü olan Elnurun bir gün İkinci Qarabağ müharibəsində iştrak edəcəyi, hətta şəhidlik zirvəsinə yüksələcəyi ağıllarna belə gəlməzdi. 27 sentyabr [1] 2020-ci[2] il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun[3] mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, bir mənalı olaraq, İkinci Qarabağ müharibəsi başladı. Vətəninin bu dar günlərində ürəyi dözməyən, 2 əkiz qız atası olan Elnur, sevdikləri ilə vidalaşdı, çünki Vətənin onun kimi mərd oğullara ehtiyacı olduğunu bilirdi. Uşaqlarının gözlərindən öpüb, anasından halallıq alan Elnur, Vətənin keşiyinə yollandı. Bu şanlı qələbədə onunda payı olmalı idi və olduda. 2 oktyabr[4] 2020[2] ci ildə Daşkəsən[5], Kəlbəcər rayon[6] sərhədində, qəhrəmanlıq göstərərək şəhadətə qovuşdu .

Qəhrəmanlıq

Kəşfiyyatcı Məmmədov Elnur döyüşün hələ ilk başlarından İkinci Qarabağ müharibəsində[7], yüksək qəhrəmanlıq nümunəsi göstərərək, iştrak etmişdir . Müxtəlif mövqeylərdə döyüşən Elnur, Oktyabrn 1-i[8] Daşkəsən rayon[6] sərhədindən, Kəlbəcər rayonuna[6] keçid edib. Komandiri və döyüş yoldaşları ilə birlikdə, düşmənin iki postunu dağıdıb . Döyüş gedən zamanı, içi dolu erməni zabiti olan UAZ markalı maşınının yaxınlaşdığını görən komandiri, Elnura başını qaldırmamasını deyib, lakin Elnur sinəsini düşmənə sipər edərək, içi zabit dolu UAZ maşınını partladıb, özü isə düşmənin snayper gülləsinə tuş gəlib və qarın nahiyəsindən yaralanıb. Qısa müddət yerdə qaldıqdan sonra, özünü toparlayıb və döyüş yoldaşlarına "Siz geri çəkilin, mən gedərəm" deyərək, düşmənə hücüm edib, lakin çox təəsüf ki, snayperlə baş nahiyəsindən vurularaq, şəhidlik mərtəbəsinə ucalmışdı . Komandiri onun nəşrini çıxara bilmədi üçün, düşmənin əlinə keçməsin deyə, iki qayanın arasıında gizlətmişdir. Elnurun nəşi 49 gün neytralda qalmışdı. 50-ci günə keçən gecə də komandiri və döyüş yoldaşları, onun nəşini gizlətdikləri yerdən götürərək, ailəsinə təhvil vermişdilər. Elnur Məmmədov böyük izdihamla Gəncə şəhər[9] şəhidlər xiyabanında dəfn edilmişdir .

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.