Elnur Hüseynov

Elnur Hüseynov (3 mart 1987, Aşqabad) — Azərbaycan estrada müğənnisi.

Elnur Hüseynov
Elnur Avroviziya 2015 mətbuat konfransında.
Elnur Avroviziya 2015 mətbuat konfransında.
Ümumi məlumatlar
Doğum adı Elnur Hüseynov
Doğum tarixi
Doğum yeri Aşqabad, Türkmənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni, stilist
Fəaliyyət illəri 2003—hal-hazıradək
Janrlar pop, opera, rok, simfonik metal
Musiqi aləti piano
Səs tembri soprano
Albom şirkəti BEAT Music
Təhsili
Mükafatları O Səs Türkiyə (2015) — qalib
Avroviziya – Milli finalın qalibi (2008)
Avroviziya – 8-ci yer (2008)
ESC Party – Best Live Act (2008)
Sing Your Song – qran-pri (2003)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014–2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub.

Həyatı

Elnur Hüseynov 1987-ci ildə martın 3-də Türkmənistan SSR-in Aşqabad şəhərində hərbçi ailəsində anadan olmuşdur. Anası musiqi nəzəriyyəçisidir, atası isə hərbçi həkimdir. Elnurun özündən kiçik bir qardaşı da var.[1] O, 1992-ci ildə Türkmənistan Konservatoriyası yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır.[2][3] Elnur Hüseynov 1999-cu ildə Bakıya gəlib və 2000-ci ildə Tibb Məktəbinin diş texniki ixtisasına qəbul olub. Ancaq 2001-ci ildə oranı tərk edərək Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Elnur bir müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.[3] O, 2004-cü ildə Musiqi Məktəbini bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənib.[3]

Elnur Hüseynov Bakı Heyvanları Qoruma Dərnəyinin üzvüdür.[4] Şəxsi həyatı ilə bağlı indiyə qədər mediaya açıqlama verməmişdir.[5][6]

Karyerası

İlk illər

Elnur 2003-cü ildə Lider TV telekanalında ikinci dəfə təşkil olunmuş "Sing Your Song" layihəsində qalib olaraq qran-priyə layiq görülmüşdü.[7][8] Bu, Elnurun karyerasında ilk uğuru olub. O, 2008–2011-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda işləmişdir. Elnur Sevda Məmmədova, Fidan HacıyevaRəşad Haşımovdan dərs alıb.[3][8][9] 2005-ci ildə "Prestij" qrupu ilə birlikdə Eldar Mansurov tərəfindən yazılmış "Bəsdir" mahnısını yazdırır. Daha sonradan bu mahnıya klip çəkilmişdir. 2007-ci ilin sonlarında Ukraynada "Kiyev" prezident-hotelin iclas salonunda "Azərbaycan işıqlarını yandırır" beynəlxalq konsert proqramında Elnur da çıxış etmişdir.[10]

2008 Avroviziya Mahnı Müsabiqəsi

Elnur "Day After Day" mahnısını ifa edərkən, 20 may 2008.

2008-ci ildə Elnur Hüseynov Azərbaycanı ilk dəfə olaraq Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçimdə iştirak edib. Elnur Hüseynov təmsilçilik uğrunda Unformal qrupu və Aynur İsgəndərli ilə mübarizə aparırdı. Namizədləri milli final mərhələsi üçün Ukrayna, Estoniyaİsveçdən olan nümayəndələr hazırlamışdı.[11] Azərbaycanda Gənclər günü kimi qeyd olunan 2 fevral tarixində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçirilən "Odlar Yurdu" adlanan milli finalda Elnur əvvəlcə İsa Məlikovun bəstələdiyi və Paulina Məlikovanın sözlərini yazdığı "İf You Never Back" mahnısını ifa edib. Daha sonradan Samir Cavadzadə ilə duet şəklində sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənin olan "Day After Day" (Azərbaycanca: Günbəgün) mahnısı ilə çıxış ediblər. Münsiflər heyətinin səsverməsindən sonra o Samir ilə duet şəklində qələbə qazandığı məlum olub.[12]

Elnur və Samiri bu müsabiqəyə Ukraynanın "Luxen" şirkəti hazırlayıb.[13] Promo turlar çərçivəsində onlar Ukrayna, Yunanıstan, Latviya, Böyük Britaniya, Malta, Gürcüstan, Moldova, AndorrayaEstoniyaya səfər ediblər.[12][14] Elnurla Samir Böyük Britaniya səfərləri zamanı Müasir Dünya Studiyasında "Day After Day" mahnısının daha keyfiyyətli versiyasını yazdırıblar.[15] Promoturlar çərçivəsində Elnurla Samir Ukraynanın milli finalında iştirak ediblər, Moldova və Finlandiyada klublarda ifa ediblər, bir neçə radio və televiziya kanalında qonaq olublar. Moldovada olarkən onlar ölkəsini təmsil edəcək Geta Burlaku ilə də görüşüblər.[12] Elnur və Samirin promotur çərçivəsində getdikləri sonuncu ölkə Türkiyə olub. Onlar bu ölkədə Ukraynanı 2004 Avroviziya Mahnı Müsabiqəsində qalib edən Ruslana ilə səhnəni bölüşüblər. Türkiyədən sonra onlar müsabiqənin keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yola düşüblər.[16]

22 may tarixində Belqrad şəhərində keçirilən müsabiqənin ilk yarımfinalında duet səhnəyə yeddinci nömrədə çıxdı və səsvermənin nəticəsinə görə 96 balla 6-cı yeri tutaraq finala yüksəldi.[3] 24 may tarixində keçirilmiş final mərhələsində isə onlar səhnəyə 20-ci çıxdılar, bu dəfə 132 bal toplayaraq finalda yarışan 25 ölkə arasında 8-ci oldular.[3]

Ukraynaya gedişi və sonrakı illər

2009-cu ilin dekabrında Elnur musiqi fəaliyyətinə Ukraynada davam edəcəyini və bir daha Azərbaycana qayıtmayacağını bildirmişdi.[17] Lakin bir neçə aydan sonra o, vətəninə qayıtmışdı.[18] 2010-cu ilin aprel ayında Elnur Maşın realiti şousunun iştirakçısı olub, lakin yarışın ilk günündə lazım olan qədər SMS toplamadığı üçün yarışdan uzaqlaşdırılıb.[19] Bir müddət sonra Elnur "Face Club"da mini konsert verib. 5 iyun 2010-cu ildə "Khazar Golden Beach" otelindəki konsertdə Ülviyyə RəhimovaElşad Xose ilə birlikdə çıxış edib.[20] Elə həmin il Heydər Əliyev Sarayında Viktor Hüqonun "Paris Notr Dam kilsəsi" romanının motivləri əsasında qoyulan müziklında Fev de Şatoper obrazında iştirak edib.[21] Bu müzikl Elnurun yaradıcılığında bir ilk idi.[22] Elnur 2011 Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunda seçmə mərhələyə qoşulsa da, növbəti mərhələyə keçə bilməyib.[23] Elnur daha sonra digər iştirakçı Diana Hacıyevanın səhnə performansında yer alıb.[24] 9 iyul 2011-ci ildə Sea Breeze Resort butik otelinin açılış mərasimində iştirak edib. Mərasimdə Elnur Avroviziya Mahnı Müsabiqəsindən sonra ilk dəfə Samir Cavadzadə ilə birlikdə Day After Day mahnısını ifa edib.[25] 3 oktyabr 2011-ci ildə Elnur "Metkarting" istirahət və əyləncə mərkəzində təşkil olunan "Real Songs" adlı konsert proqramında çıxış edib.[26][27]

O Səs Türkiyə

"İki ildir bu müsabiqədəyəm, belə səs görməmişdim."

Gökhan Özoğuzun (Athena) “Görmədən dinləmələr” mərhələsində Elnur haqda dediyi fikir, dekabr 2014.[28]

1 dekabr 2014-cü ildə Türkiyənin TV8 kanalında yayımlanan O Səs Türkiyə yarışmasında iştirak edib. "Görmədən dinləmələr" turunda Elnurun ilk çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Elnur ilk olaraq "Lutch" mahnısını ifa etdi. Elnurun çıxışını ilk bəyənən Hadisə oldu, 15-ci saniyədə o düyməni sıxaraq kreslosunu səhnəyə tərəf çevirib. Bundan sonra digər münsiflər də düyməni sıxıblar.[29] Münsiflər Elnurun performansını ayaqüstə alqışlayıblar. Münsiflərin və tamaşaçıların təkidi ilə Elnur daha sonra "Sweet dreams", "Aşk" və "Əllərimdə çiçəklər" mahnılarını ifa edib. "Əllərimdə çiçəklər" mahnısını ifa edərkən jüri Gökhan da Elnura qoşuldu və mahnını duet şəklində ifa etdilər.[30] Daha sonra Elnur Ebru Gündeşin komandasına qoşulmağı qərara alıb.[2] Bu çıxışdan dərhal sonra Elnurun O Səs Türkiyə müsabiqəsindəki iştirakının iş adamı Rza Zərrab tərəfindən təşkil olunduğu və bununla da həyat yoldaşı Ebru Gündəşə hədiyyə etmək istədiyi ilə bağlı iddialar yayılıb.[31][32][33] Elnurun müsabiqədəki çıxışı ilə Türkiyədə böyük rəğbət qazandı. 7 dekabrda TV8 kanalında yayımlanan 3 Adam verilişinə qonaq çağırılıb.[34]

Final mərhələsindəki qələbədən sonra Elnurun müsabiqə tarixində ən çox — bir milyon səs toplayaraq qalib olduğu müəyyənləşib.[35] Elnurun müsabiqədəki digər çıxışları aşağıdakı kimi olub:

Tarix Mərhələ Qeyd
30 dekabr 2014DuelMüsabiqənin bu mərhələsində Elnur Ebru Gündəşin komandasından digər iştirakçı Ümid Ortaçla yarışıb. Onlar "Stayin alive" mahnısını duet olaraq ifa ediblər. İkisi arasında seçim etməli olan Ebru Gündəş Elnuru seçib.[36]
21 yanvar 2015Birə-birElnur növbəti mərhələdə "Golden Eye" mahnısını ifa edib. Ebru Gündəş bu mərhələdə də Elnuru seçib. Beləliklə, Elnur Şərmin Özləm Turhanı mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib. Tamaşaçıların istəyi ilə o, "Golden Eye" mahnısını yenidən ifa edib.[37][38]
28 yanvar 2015Çarpaz duel
(Birinci mərhələ)
Elnur bu dəfə iki iştirakçı ilə mübarizə aparmalı olub. Sidenür Töre və Naciyə İmeceli ilə mübarizədə Elnur "Habanera" opera mahısını ifa etdi və rəqiblərini mübarizədən kənarlaşdırmağı bacarıb.[39][40][41]
4 fevral 2015Çarpaz duel
(İkinci mərhələ)
Növbəti mərhələdə Elnur Səda Yiyin ilə mübarizə apardı. Elnur bu mərhələdə "Get Lucky" mahınısı ilə çıxış edərək 56% səs toplayıb və qalib gəlib.[42]
10 fevral 2015Dörddə bir final
(Birinci mərhələ)
Elnur canlı yayımlanan verilişdə Şəbnəm Fərahın "Gözlerimin etrafındakı çizgiler" mahnısını ifa edib və öz qrupunda ikinci yeri tutaraq növbəti mərhələyə yüksəlib.[43]
11 fevral 2015Dörddə bir final
(İkinci mərhələ)
Növbəti mərhələdə Elnur üç nəfərdən ibarət qrupda yarışıb. Bu mərhələdə "Exogenesis Symphony Part 1" əsərini ifa edib və hamıdan çox səs yığaraq yarımfinala yüksəlib.[44]
17 fevral 2015YarımfinalElnur bu mərhələnin ilk turunda Rəşid Behbudovun "Yalqızam" mahnısını ifa edib və 8 iştirakçı arasında ilk altılığa daxil olaraq növbəti təsnifat turuna yüksəlib. Növbəti turda o, Sertap Erenerin repertuarından "Vur yüreğim" mahnısı ilə çıxış edib və finala vəsiqə qazanan 4 iştirakçıdan biri olub.[45]
18 fevral 2015FinalSon mərhələnin ilk təsnifat turunda Elnur "O Sole Mio" opera parçasını, daha sonra isə Sertap Erenerin "Aşk" mahnısını oxuyub və növbəti tura vəsiqə qazanan üç iştirakçıdan biri olub. Növbəti turda Elnur ilk seçim mərhələsində oxuduğu "Lutch" mahnısını yenidən səsləndirib və son tura yüksələn iki iştirakçıdan biri olub. Sonuncu turda Elnur yenidən "Aşk" mahnısını ifa edib və Kaya Aslantepe ilə mübarizədən qalib ayrılaraq "O Səs Türkiyə" müsabiqəsinin qalibi olub.[46][47]

Növbəti mövsüm "O səs Türkiyə" müsabiqəsinin finalına Elnur xüsusi qonaq kimi dəvət olunub və o, 2015-ci ildə "Avroviziya" müsabiqəsində ifa etdiyi "Hour of the Wolf" mahnısının remiks versiyası ilə çıxış edib.[48] 2017-ci ildə Elnur növbəti dəfə şouya dəvət alıb. O, Yeni il üçün hazırlanmış xüsusi buraxılışda iştirak edib.[49]

2015 Avroviziya Mahnı Müsabiqəsi

Elnur "Hour Of The Wolf" mahnısını ifa edərkən, 16 may 2015.

Azərbaycanı 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün üç namizəd var idi: Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov.[47] Münsiflər heyətinin qərarı ilə Elnur Hüseynov təmsilçi seçilib. O, may ayında Avstriyanın paytaxtı Vyanada keçirilmiş müsabiqədə "Hour Of The Wolf" (Azərbaycanca: Canavarın saatı) mahnısı ilə Azərbaycanı təmsil edəcəyi müəyyənləşdi.[50][51]

Elnur müsabiqəyə qədər bir neçə ölkədə tanıtım turlarında oldu. O, ilk olaraq Latviyaya, daha sonra isə Macarıstana səfər edib. Latviyanın paytaxtı Riqa şəhərində Elnur digər ölkələrin Avroviziya təmsilçiləri ilə səhnə bölüşüb. Budapeştdə isə o, Macarıstan təmsilçisi Boqqi ilə birlikdə çıxış edib.[52][53] Elnurun növbəti səfər etdiyi ölkə Niderland olub. O, Amsterdamda ənənəvi olaraq hər il təşkil olunan "Eurovision in Concert" şousunda çıxış edib.[54] Niderlanddan sonra Elnur Belçikaya səfər edib. Burada televiziya şousunda çıxış edib və Belçika təmsilçisi Loiç Nottet ilə görüşüb.[55] Elnurun növbəti səfər etdiyi ölkə Yunanıstan oldu. O, səhər şousunda müsabiqə mahnısını ifa edib və bir neçə mətbu orqana müsahibə verib.[56] Promotur çərçivəsində Elnurun getdiyi son ölkə Rusiya idi. Moskva şəhərində Elnur ondan çox ölkənin iştirak etdiyi rəsmi mətbuat konfransında iştirak etdi.[57][58] Müsabiqə ərəfəsində Elnurun fotosu alman gey jurnalı "Männer"in (azərb. Kişilər) üz qabığında əks olundu.[59]

21 mayda keçirilmiş II yarımfinalda Elnur səhnəyə 11-ci nömrə altında çıxdı.[60] Bu mərhələdə o, 53 xal toplayaraq 10-cu oldu və finala vəsiqə qazandı.[61][62] 23 mayda təşkil olunan final mərhələsində Elnur səhnəyə 24-cü çıxdı.[63] 26 ölkənin yarışdığı finalda Azərbaycan 49 xal toplayaraq 12-ci yeri tutdu.[61][64]

Nəticə

Mərhələ Münsif səsləri Telesəsvermə Yekun
Xal Yer Xal Yer Xal Yer
Yarımfinal[65] 67 9 37 11 53 10
Final[66] 48 14 48 14 49 12

Növbəti illər

Elnur 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunlarına həsr olunan "Avropa Oyunları qədim Bakı torpağında" mahnısını Azərbaycanın xalq artisti Samir Cəfərov və əməkdar artist Sevda Ələkbərzadə ilə birlikdə ifa edib. Bu mahnını əvvəlcə Samir və Sevda oxusa da, Elnur sonradan bu duetə qoşulub. Onlar bu mahnını Azərbaycan və ingilis dillərində ifa ediblər.[67] Elnur Hüseynov həmçinin 12 iyunda Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimindən əvvəl təşkil olunmuş şouda canlı ifalar səsləndirib.[68][69]

2015-ci ilin iyun ayında Elnur Türkiyənin Antalya şəhərində keçirilən "Dosso Dossi Fashion Show" nümayişində "Hour OF The Wolf" mahnısını ifa edib.[70] Elnur 2017-ci ildə sözləri Diana Hacıyevaya, musiqisi isə İsfar Sarabskiyə aid "Vibration" adlı yeni mahnısına klipi təqdim edib.[71]

Uğurları

Kliplər

İstinadlar

  1. "Ailəsi Elnurdan imtina edib?" (az.). Milli.az. 22 yanvar. 2015-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2015.
  2. "Elnur Hüseynov kimdir?" (Türkcə). AjansHaber. 2 dekabr 2014. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  3. "About Elnur & Samir" (İngiliscə). Eurovision.tv. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  4. "Elnur Haqqında" (az.). Elnurlive.com. 2015-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  5. "BAKIDAKI "GEY-PARAD"ı ƏNGƏLLƏMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇİLDİ" (az.). Musavat.com. 13 yanvar 2012. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  6. "Elnur Hüseynov və Samir Cavadzadə: "Eurovision" müsabiqəsində bir daha iştirak etməyəcəyik"". Apa.az (az.). Arxiv.az. 13 iyun 2008. İstifadə tarixi: 8 oktyabr 2015.
  7. "MÜĞƏNNİ ELNUR HÜSEYNOV "AVROVİZİYA MAHNI MÜSABİQƏSİ-2008" MİLLİ SEÇİM TURUNUN QALİBİ OLMUŞDUR" (az.). Azertag.az. 2 fevral 2008. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2014.
  8. "MJF2014 Participant: Elnur Huseynov (vocals, Azerbaijan)" (İngiliscə). Master-jam.com. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2015.
  9. "O Ses Türkiye Jurisi Büyüleyen Elnur Hüseynov Kimdir?" (Türkcə). tarafsizhaber.com. 1 dekabr 2014. 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  10. ""AZƏRBAYCANIN İŞIQLARI" UKRAYNADA PARLADI" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 29 noyabr 2007. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2015.
  11. ""Evrovision"a namizədin adı fevralın 2-də bəlli olacaq" (az.). Trend.az. 16 yanvar 2008. 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  12. "Azerbaijan Eurovision 2008" (İngiliscə). Esckaz.com. 2008-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  13. ""Eurovision 2011" təmsilçilərimiz bu gecə Ukraynaya yola düşür" (az.). Milli.az. 17 fevral 2011. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  14. "Elnur Hüseynov və Samir Cavadzadə Londonda "Day after Day" mahnısının təkmilləşdirilmiş variantını yazdıracaqlar" (az.). Trend.az. 6 aprel 2008. 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  15. "Azərbaycan təmsilçilərinin "Eurovision"da ifa edəcəkləri mahnının musiqisi Londonda lentə alınıb" (az.). Apa.az. 7 aprel 2008. İstifadə tarixi: 5 oktyabr 2015.
  16. "Azərbaycanın "Eurovision-2008"dəki təmsilçilərinin bu gün İstanbulda keçiriləcək konserti Türkiyənin bir neçə kanalında canlı nümayiş olunacaq" (az.). Apa.az. 9 may 2008. İstifadə tarixi: 6 oktyabr 2015.
  17. "Первый представитель Азербайджана на «Евровидении» навсегда покидает страну?" (Rusca). Day.az. 17 dekabr 2009. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  18. "Türkiyəni və Azərbaycanı şoka salan azərbaycanlı müğənni haqda maraqlı bilgilər" (az.). Musavat.com. 2 dekabr 2014. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2015.
  19. "Murad Dadaşov "Maşın-şou"dakı qruplaşmaları və onların başçılarını açıqladı" (az.). Milli.az. 11 may 2010. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  20. "Caz həvəskarları dəniz kənarına dəvət olunur" (az.). Milli.az. 11 may 2010. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  21. ""Notre Dame de Paris"" (İngiliscə). baku-art.com. 27 may 2010. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  22. "Bakıda məhəbbət və iztirablı müzikl" (az.). Milli.az. 19 iyun 2010. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  23. Vüqar Vüqarlı. ""Уж скоро отборочный тур грядет - кто же от нас в Германии споет?": несколько слов об участниках азербайджанского отбора "Евровидение 2011"" (Rusca). Day.az. 8 noyabr 2010. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  24. Vüqar Vüqarlı. "Eurovision 2011 National Selection: Seems Like It's All Clear" (Rusca). Day.az. 24 dekabr 2010. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2015.
  25. "EMIN "Sea Breeze Resort"un açılışında "Eurovision" ulduzları ilə birlikdə konsertlə çıxış etdi" (az.). Milli.az. 10 iyul 2011. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  26. "Müğənnilərimizin bir araya toplaşmaqda məqsədləri nədir?" (az.). Milli.az. 21 sentyabr 2011. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  27. "Azərbaycanlı müğənnilər hələ bu cür diqqəti cəlb etməyib" (az.). Milli.az. 4 oktyabr 2011. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  28. "O Ses Türkiye'de Elnur Hüseynov'dan muhteşem Aşk şarkısı performansı" (Türkcə). Star Medya. 2 dekabr 2014. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  29. "Elnur Hüseynov Türkiyəni ayağa qaldırdı" (az.). Milli.az. 2 dekabr 2014. 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  30. "1 Aralık 2014'te O Ses Türkiye'ye Katılan Elnur Hüseynov'nun Aşk Performansı" (Türkcə). Canlihaber.com. 2 dekabr 2014. 2015-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  31. "Elnurla bağlı Türkiyə mediasından ŞOK İDDİA" (az.). Milli.az. 7 dekabr 2014. 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  32. "Reza Zarrab'dan Ebru'ya yeni hediye!" (Türkcə). sacitaslan.com. 3 dekabr 2014. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  33. "Reza'dan Ebru'ya büyük jest!" (Türkcə). haberevet.com. 3 dekabr 2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  34. "Elnur Hüseynov Türkiyəni yenidən heyrətləndirdi" (az.). Milli.az. 7 dekabr 2014. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  35. "Elnur Azərbaycanı "Evrovision"da təmsil edəcək? - İTV-dən AÇIQLAMA" (az.). Milli.az. 20 fevral 2015. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  36. "Elnur Hüseynov "O səs Türkiyə"nin növbəti mərhələsində" (az.). Milli.az. 31 dekabr 2014. 2015-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2014.
  37. "Elnur Hüseynov "O səs Türkiyə"də finala çıxdı" (az.). anspress.com. 22 yanvar 2015. 2015-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2015.
  38. "Elnur Huseynov şimdiden şampiyon gibi" (Türkcə). sozcu.com.tr. 22 yanvar 2015. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2015.
  39. "O Ses Türkiye Sidenur Töre, Naciye İmeceli ve Elnur Hüseynov'un Çapraz Eşleşmesi" (Türkcə). acunn.com. 28 yanvar 2015. 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2015.
  40. "Sidenur Töre, Naciye İmeceli ve Elnur Hüseynov'un Çapraz Eşleşmesi" (Türkcə). Milliyet.com.tr. 28 yanvar 2015. 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2015.
  41. "Elnur finala yaxınlaşdı" (az.). Milli.az. 29 yanvar 2015. 2015-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2015.
  42. "Elnuru "Aşk"ı ilə vurmaq istədi, amma..." (az.). Milli.az. 5 fevral 2015. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2015.
  43. "Elnur Hüseynov finala bir addım da yaxınlaşdı" (az.). Milli.az. 11 fevral 2015. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2015.
  44. "Elnur arzusunun bir addımlığında" (az.). Milli.az. 12 fevral 2015. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2015.
  45. "Elnur "O səs Türkiyə"nin finalına vəsiqə qazandı" (az.). Lent.az. 18 fevral 2015. 2015-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2015.
  46. "Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu!" (az.). Milli.az. 19 fevral 2015. 2015-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2015.
  47. "Elnur "O səs Türkiyə"nin qalibi oldu!" (az.). Lent.az. 18 fevral 2015. 2015-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2015.
  48. "Elnur Hüseynov "O səs Türkiyə"nin final gecəsinə qatıldı" (az.). Lent.az. 3 fevral 2016. 2016-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  49. S.B. "Elnur Hüseynov yenidən "O səs Türkiyə" səhnəsində – VİDEO" (az.). Oxu.az. 1 yanvar 2017. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2017.
  50. "Elnur Huseynov is the Azerbaijani representative in Vienna" (İngiliscə). Eurovision.tv. 15 mart 2015. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2015.
  51. "Azərbaycanı bu il Elnur Hüseynov "Hour of the Wolf" adlı mahnı ilə təmsil edəcək" (az.). itv.az. 15 mart 2015. 2015-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2015.
  52. "Azərbaycanın "Eurovision 2015" Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov tanıtım turlarını davam etdirir" (az.). İtv.az. 14 aprel 2015. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  53. "Azərbaycan təmsilçisi Elnur Hüseynov səsiylə Macarıstanı fəth edib" (az.). İtv.az. 15 aprel 2015. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  54. "Elnur Hüseynov Amsterdamda "Eurovision In Concert" şousunda iştirak edib" (az.). İtv.az. 20 aprel 2015. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  55. "Elnur Hüseynov Avropa promoturu çərçivəsində Belçikada olub" (az.). İtv.az. 22 aprel 2015. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  56. "Elnur Hüseynov Eurovision promo turu çərçivəsində Yunanıstanda olub" (az.). İtv.az. 23 aprel 2015. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
  57. "Elnur Moskvanı silkələdi" (az.). Oxu.az. 27 aprel 2015. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  58. "Promotur davam edir: Elnur Moskvanı fəth etdi" (az.). Ann.az. 27 aprel 2015. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  59. Norman Burdon. "Elnur Huseynov praised by top German gay magazine" (İngiliscə). Oikotimes.com. 9 may 2015. 26 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  60. "Eurovision Song Contest 2015 Second Semi-Final" (İngiliscə). Eurovision.tv. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  61. "About Elnur Huseynov" (İngiliscə). Eurovision.tv. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  62. "Elnur Hüseynov "Eurovision 2015"in finalında" (az.). Milli.az. 22 may 2015. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  63. "Eurovision Song Contest 2015 Grand Final" (İngiliscə). Eurovision.tv. 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  64. ""Eurovision 2015" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi" (az.). Milli.az. 24 may 2015. 25 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2015.
  65. "Eurovision Song Contest 2015 Semi Final 2" (İngiliscə). Eurovision.tv. 2015-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  66. "Eurovision Song Contest 2015 Grand Final" (İngiliscə). Eurovision.tv. 2015-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2015.
  67. "Elnur da duetə qoşuldu: İlk Avropa Oyunları mahnısı fərqli ifada" (az.). Day.az. 8 iyun 2015. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2015.
  68. "Elnur Hüseynov Olimpiya Stadionunda". Anspress.com (az.). Arxiv.az. 13 iyun 2015. İstifadə tarixi: 7 oktyabr 2015.
  69. "I Avropa Oyunları möhtəşəm açılış mərasimi ilə başladı" (az.). Bizimyol.info. 13 iyun 2015. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2015.
  70. A.S. "Elnur Hüseynovun yeni klipində sevişmə səhnələri yer aldı – VİDEO" (az.). Oxu.az. 24 aprel 2017. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2017.
  71. "Elnurla Kardaşyanın bacısı bir arada" (az.). Oxu.az. 9 iyun 2015. 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2017.

Xarici keçidlər

Əvvəlki:
-
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
(Samir ilə)
2008
Sonrakı:
Aysel & Arəş
Əvvəlki:
Hasan Doğru
O Səs Türkiyənin qalibi
2014-2015
Sonrakı:
Emre Sertkaya
Əvvəlki:
Dilarə Kazımova
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
2015
Sonrakı:
Səmra Rəhimli
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.