Elnur Abbasquliyev

Elnur Abbasquliyev — azərbaycanlı aktyor.

Elnur Abbasquliyev
Elnur Mais oğlu Abbasquliyev
Doğum tarixi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor

Həyatı

1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır.

E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev. "Kiyev – Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiyatro festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.

Əsas rolları

Dövlət Pantomim Teatrı

  1. Şəngül, Şüngül, Məngül (Mehman Musabəyov) — Şəngül
  2. 3 badam, 1 qoz — 2-ci badam
  3. Uçuş (Şeyx Əttar Nişapuri) — 6-cı saliq
  4. Manqurt (Çingiz Aytmatov) — Nayman döyüşçüsü
  5. Nağaraçılar (Bəxtiyar Xanızadə) — şagird nağaraçı
  6. Şərqə səyahət (Bəxtiyar Xanızadə) — musiqiçi; oğru; Konfutsi
  7. Muğam trio – Dizlər (Qurban Məsimov) — kaman ifaçısı
  8. Dulusçu (Üzeyir bəy Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu əsasında) — 1-ci mim
  9. İnsan (A.Kamyu) — dalandar; qoca Salomono
  10. Zibillik pərvanələri (Bəxtiyar Xanızadə) — skripkaçı
  11. Eşq (Bəxtiyar Xanızadə) — Ulduz; vərəq
  12. Balaca şahzadə (A.Ekzüperi) — qızılgül
  13. Maska (Z.Zeynalov) — dairə
  14. Kölgə (Bəxtiyar Xanızadə) — tələbə
  15. Korlar (A.Məmmədov) — kor

Azərbaycan Dövlət Kukla Teatrı

  1. Zınqırovlu pişik — uzunquyruq siçan

Filmoqrafiya

  1. Bəylik dərsi (film, 2007) — məzhəkəçi
  2. Cavid ömrü (film, 2007) — gənc şair
  3. Kişiləri qoruyun (film, 2006)
  4. QAZ (film, 2005) — dəli
  5. Manqurt (film, 2003)
  6. Nigarançılıq (film, 1998)
  7. Salur Qazanın evi talandığı boy (film, 2001)

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.