Elmlər namizədi
Haqqında
Bir sıra MDB ölkələrində elmlər namizədi elmi dərəcəsi namizədlik imtahanlarını müvəffəqiyyətlə verən və açıq şəkildə namizədlik dissertasiyası müdafiə edən ali təhsilli şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur.
Bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycanda elmlər namizədi alimlik dərəcəsinin adı dəyişdirilərək fəlsəfə doktoru adı ilə əvəz olunub.[3]
Həmçinin bax
İstinadlar
- Elmlər namizədi // Rasim Əliquliyev, Sədaqət Şükürlü, Sevda Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. — Bakı: "İnformasiya Texnologiyaları", 2009. — səh. 56.
- Елмләр намизәди // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 51–52.
- Fəlsəfə doktoru // İsgəndər Səklikov. Pedaqoji terminlər lüğəti. — Bakı: "Azəri" nəşriyyatı, 2021. — səh. 135.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.