Elmira Şabanova
Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü.
Elmira Şabanova | |
---|---|
Elmira Balahüseyn qızı Şabanova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1962 - indiyədək |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1077917 |
Həyatı
Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub.[1] M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969)
Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib.[1]
Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır.
Fəaliyyəti
1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.
Mükafatları
Filmoqrafiya
- Əsl dost (film, 1959) (tammetrajlı bədii film)(rol: Leyla)
- Səhər (film, 1960) (tammetrajlı bədii film)(rol: Sevda)
- Bədbəxtliyin astanasında (film, 1977) (qısametrajlı bədii film)
- Gəmi saatının sirri (film, 1983) (tammetrajlı bədii film)(rol: Alikin anası)
- Ötən ilin son gecəsi (film, 1983) (tammetrajlı bədii film)(rol: Həmidə)
- Avqust gələndə (film, 1984) (tammetrajlı bədii film)(rol: Xumar)
- Qapalı orbit (film, 1984)(televiziya tamaşası)
- Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film)(rol: Həmidə)
- Sürəyya (film, 1987) (tammetrajlı bədii film)(rol: Bəyaz xala)
- Dairə (film, 1989) (qısametrajlı bədii film)(rol: Arifin dostu)
- Gecə qatarında qətl (film, 1990) (tammetrajlı bədii film)(rol: ana)
- Şahid qız (film, 1990) (tammetrajlı bədii film)(rol: Rənanın anası)
- Zirzəmi (film, 1990) (tammetrajlı bədii film)(rol: Tamara xanım)
- Fəryad (film, 1993) (tammetrajlı bədii film)(rol: İsmayılın anası)
- Təhminə (film, 1993) (tammetrajlı bədii film)(rol: Aliyə)
- Özgə vaxt (film, 1996) (tammetrajlı bədii film)(rol: Orxanın anası)
- Çalışan adam (film, 1996) (qısametrajlı bədii film)
- Son döyüş (film, 1996) (tammetrajlı bədii film)
- Gəlinlər (film, 2002) (televiziya tamaşası)
- Tam məxfi (film, 2004) (bədii serial)(rol: nənə)
- Məkanın melodiyası (film, 2004) (tammetrajlı bədii film)(rol: Rənanın xalası)
- Əlvida, cənub şəhəri (film, 2006) (tammetrajlı bədii film)(rol: Xanımana)
- Yoxlama (film, 2006)(bədii serial)
- Qafqaz (film, 2007) (tammetrajlı bədii film)
- Qızlar (film, 2007)(bədii serial)
- Qocalar (film, 2008) (qısametrajlı bədii film)
- 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)(rol: Fatma xala)
- Ağabəyovlar (film, 2012-2014)
- İçəri şəhər (film, 2016) (tammetrajlı bədii film)
İstinadlar
- Nurşən Quliyev. "Elmira Şabanova ilə müsahibə" (az.). Apa.az. 4 mart 2016. 2017-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.
- "və Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- "Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
Mənbə
- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı,2008. səh.266.