Elmira İsmayılova

Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; 13 noyabr 1945, İrəvan) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007).

Elmira İsmayılova
Elmira Məhərrəm qızı İsmayılova
Doğum tarixi
Doğum yeri İrəvan, Ermənistan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Vidadi Əliyev
Uşaqları Oqtay Əliyev, Elçin Əlibəyli
Atası Məhərrəm İsmayılov
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1968-ci ildən bu günə kimi
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2007 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2000"Sənətkar" medalı

Həyatı

E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir.

E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir.

Mükafatları

Teatr səhnəsindəki rolları

Teatrın İrəvandakı fəaliyyəti dövründə

  • Oqudalova («Cehizsiz qız», Aleksandr Ostrovski)
  • Smeraldina («İki ağanın bir nökəri», Karlo Haldoni)
  • Qrafinya («Axırı xeyir olsun», Vilyam Şekspir)
  • Polina («Tribunal», Aleksandr Makayonok)
  • Dilşad («Atayevlər ailəsi», İlyas Əfəndiyev)
  • Dilarə («Şəhərin yay günləri», Anar)
  • Böyük xanım («Solğun çiçəklər», Cəfər Cabbarlı)
  • Şərəbanı («Aydın», Cəfər Cabbarlı)
  • Gülnisə («Yaşar», Cəfər Cabbarlı)
  • Dilbər («Hacı Qəmbər», Nəcəf bəy Vəzirov)
  • Sənəm («O olmasın, bu olsun», Üzeyir Hacıbəyov)
  • Cahan («Arşın mal alan», Üzeyir Hacıbəyov)
  • Fena («Elbrus evlənir», Georgi Xuqayev)
  • Nazilə («Ulduz», Sabit Rəhman)
  • İrina («Mənim səadətim haradasan?», Georgi Xuqayev)
  • Elena («Əkizlərin nağılı», Panço Pançev)
  • Ziba xanım («Sərgüzəşti-vəziri-xani-Lənkəran», Mirzə Fətəli Axundzadə)
  • Şəhrəbanu («Müsyö Jordan və dərviş Məstəlişah», Mirzə Fətəli Axundzadə)
  • Afət («Qaynana», Məcid Şamxalov)
  • Aparıcı («İmzalar içində», Nəriman Həsənzadə)
  • Mehriban («Məni qınamayın», Hidayət)
  • Nazlı («Vəzifə», Əkrəm Əylisli)
  • Sauban ana («13-cü sədr», Azad Abdulun)
  • Darçın («Kişilər», Altay Məmmədov)
  • Zərifə («Əks-səda», Nəbi Xəzri)
  • Gövhər xanım («Məhv olmuş gündəliklər», İlyas Əfəndiyev)
  • Çarliston («Hicran», Sabit Rəhman)
  • Popova («Ayı», Anton Çexov)
  • Fərizət («Arvadımın əri», Georgi Xuqayev)

Teatrın Bakıdakı fəaliyyəti dövründə

  • Fena («Mənim qaynanam», Georgi Xuqayev)
  • Ana («Didərginlər», Zəlimxan Yaqub)
  • Sənəm («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi)
  • Gülnar («Abbasqulu bəy Şadlınski», İnqilab Vəlizadə)
  • Mehriban («Məhəbbət yaşayır hələ», Hidayət)
  • Harayxanım («Durnalar qayıdanada», Hidayət)
  • Ballı («Sehrli alma», Şahin Cəbrayılov)

Ailəsi

  • Teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Vidadi Əliyev (həyat yoldaşı)
  • Televiziya prodüseri, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev (oğlu)
  • Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli (oğlu)
  • Teatr və kino aktrisası, teleaparıcı Dilarə Əliyeva (gəlini)

Filmoqrafiya

  1. Ömürdən uzun gecə (film, 1996)
  2. Bəsdir, ağlama! (film, 1999)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Dilarə xanım)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.