Elmir Umudlu

Elmir Pərviz oğlu Umudlu (25 mart 2001, İnçə, Şəki rayonu28 oktyabr 2020) — vətən müharibəsi şəhidi.

Elmir Umudlu
Elmir Perviz oğlu Umudlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İnçə, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Xocavənd rayonu
Dəfn yeri Zunud, Şəki rayonu
Dəfn tarixi 31 oktyabr 2020
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Pərviz Umudov
Anası Sənurə Umudova
Hərbi fəaliyyəti
Xidmət illəri 2019–2020
Döyüşlər Füzulinin azad edilməsi

Həyatı

Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub.

Hərbi xidməti

2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb.

İkinci Qarabağ müharibəsində

O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə yaralı vəziyyətdə mühasirəyə düşmüş taboru təkbaşına mühasirədən çıxarmışdır. Yenidən Xocavənd rayonunda gedən döyüşlərə qatılıb. 27 oktyabr 2020-ci ildə isə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Elmir Umudlu oktyabr ayının 31-də ata-baba yurdu olan Şəki rayonunun Zunud kənd qəbiristanlığında dəfn olunub.

Təltifləri

  • 05.11.2022-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (ölümündən sonra)[1]
  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
  • (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
  • (24.06.2021) "Xocavəndin azad olunmasına görə" medalı
  • (24.06.2021) "Cəsur döyüşçü" medalı
  • "İgidliyə görə" medalı
  • "Cəbrayılın azad olunmasına görə" medalı

İstinadlar

  • http://www.sheki-ih.gov.az/page/102.html (#bare_url_missing_title).
  1. (ingilis) https://president.az/az/articles/view/57797 (#bare_url_missing_title). 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.

https://525.az/news/154197-zunud-qururla-kederin-kesisdiyi-ani-yasadi

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.