Elmir Həsənov

Elmir Mircəlil oğlu Həsənov (15 dekabr 1988, Prişib, Cəlilabad rayonu30 noyabr 2021, Xızı rayonu) — Vətən müharibəsi şəhidi.

Elmir Həsənov
Elmir Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1988(1988-12-15)
Doğum yeri
Vəfat tarixi 30 noyabr 2021(2021-11-30) (32 yaşında)
Vəfat yeri
Dəfn yeri
Dəfn tarixi 1 dekabr 2021
Milliyyəti Azərbaycan Azərbaycanlı
Atası MirCəlil Həsənov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2010-2021
Rütbəsi Mayor
Vəzifəsi Pilot
Döyüşlər Vətən müharibəsi

Həyatı

Elmir Həsənov 1988-ci il 15 dekabrda Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2006-cı ildə həmin məktəbin məzunu olmuşdur. Məktəbdən məzun olduqdan sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonradan təhsilini aviasiya sahəsi üzrə dəvam etdirmişdir.2015-ci ildə bu sahə üzrə xidmətə başlamışdır. Ailədə 3 qardaş olublar. Hər üç qardaş Vətən müharibəsində iştirak etmiş, Ali Baş Komandan tərəfindən medallar ilə təltif olunmuşlar. Digər 2 qardaşı hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqdadır.[1]

Hərbi xidməti

2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin aviasiya hərbi qulluğunda xidmətə başlamışdır. Xidmətdə olduğu müddətdə mayor rütbəsinə qədər qalxmışdır. 2-ci Qarabağ müharibəsi və ya Vətən müharibəsi adı ilə yadda qalan müharibədə iştirak etmiş, buna görədə 2 müxtəlif medal ilə təltif edilmişdir. 2021-ci il 30 noyabrda Səngəçaldan qalxan helikopterin Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna enişi zamanı helikopterin qəzaya uğraması nəticəsində digər 13 nəfər ekipaj üzvü ilə birlikdə həlak olmuşdur.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.