Elmi

Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.

Elmi fəaliyyət – yeni biliklərin əldə olunmasına və tətbiqinə yönəldilən fəaliyyət, o cümlədən fundamental, tətbiqi elmi tədqiqat.

Elmi hesabat – metodikaların, tədqiqatın gedişinin, elmi-tədqiqat və təcrübə-konstruktor işlərində alınmış nəticələrin, həmçinin elmi qənaətlərin ətraflı təsvirini əhatə edən, çap olunmuş və ya məruzə edilmiş elmi sənəd. Bu sənədin təyinatı (rolu) yerinə yetirilmiş iş başa çatdıqda və ya digər müddətlərdə onu hərtərəfli işıqlandırmaqdır.

Elmi idarəetmə – əməyin elmi təşkilinə, sistemli təhlilə, qərarların qəbul edilməsinin elmi əsaslandırılmış üsullarına əsaslanan idarəetmədir.

Ədəbiyyat

  • R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.