Elman Rəfiyev
Elman Məmmədrza oğlu Rəfiyev (19 yanvar 1971, Sumqayıt) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət pantomima teatrının aktyoru, əməkdar artist
Elman Rəfiyev | |
---|---|
Doğum tarixi | 19 yanvar 1971 (53 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1992–h.h. |
Təhsili | |
İstiqamət | pantomim |
Mükafatları |
Həyatı
Elman Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur.
1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R. Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S. Mrocekin "Karol xofu" (Baba), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M. Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğam Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A. Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2–3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.
Elman Rəfiyev Dövlət Pantomima teatrında hazırlanan bütün tamaşaların və A. Şaiq adına Kukla Teatrında "Kral" tamaşasının musiqi tərtibatçısıdır. O, 2006-cı ildə Xəzər Universitetində Üzeyir Hacıbəyovun "Arşın mal alan" (ingilis dilində) operettasına, daha sonra isə Fikrət Əmirovun "Sevil" operasına quruluş vermişdir.
Elman Rəfiyev Gürcüstanda (Tiflis, 14–28 noyabr 1998-ci il, "Hamletsiz Hamlet" sənətkarlıq kursu; Tiflis, aprel 1999-cu il, "Teatr+Video" festivalı; Tiflis, 17 sentyabr–8 oktyabr 2000-ci il, "Qızıl maska" Beynəlxalq Teatr Festivalı; Tiflis, 16–19 iyun 2009-cu il, "Azərbaycan mədəniyyət günləri; Tiflis, 4–6 oktyabr 2009-cu il, Beynəlxalq Teatr Festivalı), Rusiyada (Moskva, 26–30 aprel 1999-cu il, "Azərbaycan mədəniyyət günləri"; İrkutsk, 30 avqust–8 sentyabr 2002-ci il, "Mimolyot" 6-cı Beynəlxalq Pantomima və Müasir Plastika Festivalı; Moskva, 17–19 aprel 2007-ci il, "Azərbaycan mədəniyyət günləri"; Moskva, 9–11 oktyabr 2007-ci il, "Bibliobraz" Beynəlxalq Festivalı), Fransada (Paris, 1999-cu il, "Dədə Qorqud-1300"; Paris, 23–25 may 2008-ci il, UNESCO "Leyli və Məcnun" layihəsi), Türkiyədə (Ankara, 18–28 noyabr 1999-cu il, 4-cü beynəlxalq teatr festivalı; Ankara, 7–17 noyabr 2001-ci il, 6-cı beynəlxalq teatr festivalı; Ankara, 17–27 oktyabr 2002-ci il, "Ethos" Uluslararası Teatr Festivalı; Trabzon, 1–13 may 2006-cı il, 7-ci Uluslar arası Karadeniz tiyatro festivalı), Bolqarıstanda (Sofiya, 18 iyul–4 avqust 2000-ci il, İfaçılıq sənətləri üzrə yay akademiyası – "Bədənlər və zaman", "Fildenkrayz metodu", "Ağ buto" seminarları), İranda (Tehran, 4–10 noyabr 2000-ci il, 1-ci Beynəlxalq Pantomima Festivalı; Tehran, 3–10 mart 2002-ci il, "Dostluq" teatr festivalı), Almaniyada (Potsdam, 17–23 iyun 2001-ci il, Unidram festivalında, "XXI-ci əsrin yuxuları" Sankt-Peterburq Mədəniyyət mərkəzinin Artur Şnitslerin "Pyerettanın örtüyü" beynəlxalq layihəsi; Berlin, 13–19 iyun 2008-ci il, "Azərbaycan mədəniyyət ili"), Hollandiyada (Amsterdam, 9–15 dekabr 2002-ci il, "Oud-Wesr Thuis Best" Beynəlxalq mədəniyyətlərarası festival), Avstriyada (Vyana, 10–14 aprel 2003-cü il, "Arzular aləminə səyahət" layihəsində; Vyana, 9–15 aprel 2007-ci il), Ukraynada (Kiyev, 7–14 may 2003-cü il, "Kiyev-Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı), Tatarıstanda (Kazan, 30 may-6-iyun 2005-ci il, "Nouruz" Türkdilli xalqların teatr festivalı), Misirdə (Qahirə, 20–30 sentyabr 2005-ci il, 17-ci Beynəlxalq Eksperemintal teatr Festivalı; 10–20 oktyabr 2008-ci il, 20-ci Beynəlxalq Eksperemintal teatr Festivalı), Finlandiyada (İmatra, 14–17 iyun 2007-ci il, "Ağ və Qara" Beynəlxalq Teatr Festivalı), Ərəbistanda (Ər-Riyad, Dammam, Ciddəh 10–14 noyabr 2007-ci il, "Azərbaycan mədəniyyət günləri") beynəlxalq teatr festivallarında iştirak etmişdir.
2000-ci ilin aprel ayında Dövlət Pantomima Teatrının direktoru müavini, 2009-cu ildə isə direktoru vəzifəsinə təyin olunmuşdur.
9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları
Azərbaycan Dövlət Pantomim Teatrı
Tamaşanın adı | Rol | Premyera | Rejissor | Müəllif | Musiqi tərtibatçısı |
---|---|---|---|---|---|
Pantomim buketi | Müğənni | 16 may 1994 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |
Karol xofu | baba | 19 fevral 1995 | Slavomir Mrojek | ||
Kimdir müqəssir? | Şeytan | 7 mart 1998 | Əbdürrəhim bəy Haqverdiyev | ||
Uçuş | V xaliq | 1 aprel 2000 | Şeyx Əttar | ||
Manqurt | aparıcı | 17 iyun 2000 | Çingiz Aytmatov | ||
Şəngül, Şüngül, Məngül | Nağılçı-Dəmirçi | 4 fevral 2001 | Mehman Musabəyov | ||
Şərqə səyahət | Aparıcı-Motosiklçi-Badam | 24 fevral 2001 | Bəxtiyar Xanızadə | ||
Bayraqdarlar | Bayraqdar | 19 fevral 2003 | Bəxtiyar Xanızadə | ||
Samurayın ölümü | Aparıcı | 20 fevral 2003 | Bəxtiyar Xanızadə | ||
Dulusçu[1] | 1-ci Mim | 1 may 2002 | Bəxtiyar Xanızadə | Üzeyir Hacıbəyov Bəxtiyar Xanızadə |
|
Zibillik pərvanələri | Şah ustad skripkaçı |
15 may 2002 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |
Kvaksafon | Rəssam qurbağa | 10 oktyabr 2003 | Bəxtiyar Xanızadə | ||
Eşq | Vərəq | 3 aprel 2003 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə (Uilyam Şekspirin sonetləri əsasında) |
|
Dejavü | Bəhruz Vaqifoğlu Səbinə Hacıyeva |
Səbinə Hacıyeva | |||
Balaca şahzadə | 1-ci Qızılgül | 10 mart 2004 | Bəxtiyar Xanızadə | Antuan de Sent-Ekzüperi | |
İnsan | Keşiş-Mason-Sədr | 13 mart 2005 | Alber Kamü | ||
Kölgə | Polis | 20 may 2005 | Bəxtiyar Xanızadə | ||
Korlar | 3-cü kor | 16 dekabr 2005 | Ayşad Məmmədov | ||
Məlikməmməd | Padşah | 4 aprel 2008 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə (Azərbaycan xalq nağılı əsasında) |
|
Maska | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |||
Adsız | Nargilə Qəribova | Nargilə Qəribova | |||
Kesa və Morito | Bəxtiyar Xanızadə | Rünoske Akutaqava | |||
Mən və mən[2] | Ceyhun Dadaşov | Ceyhun Dadaşov | |||
Xəyal | 26 sentyabr 2008 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | ||
Çərçivə | 2-ci Mim | 21 iyul 2009 | Əflatun Abdullayev | Əflatun Abdullayev | |
Tıq-tıq xanım | 26 dekabr 2010 | Nargilə Qəribova | Abdulla Şaiq | ||
Unutmayaq | Bəy | 14 aprel 2012 | Bəhruz Vaqifoğlu | Bəxtiyar Xanızadə | |
Fəlakət və insan | |||||
No comment | 14 iyun 2012 | Bəxtiyar Xanızadə Bəhruz Vaqifoğlu Əflatun Abdullayev |
Bəxtiyar Xanızadə | ||
Manqurt | Köməkçi | 5 oktyabr 2013 | Ceyhun Dadaşov | Çingiz Aytmatov | |
Ora-bura[3] | Kloun Nini | 15 mart 2014 | |||
Son ştrix | Ağıllı | 6 dekabr 2014 | Bəxtiyar Xanızadə Bəhruz Vaqifoğlu |
Bəxtiyar Xanızadə Bəhruz Vaqifoğlu |
|
Hamlet[4] | Kral Kaludio | 5 iyun 2015 | Bəxtiyar Xanızadə | Uilyam Şekspir | |
Adajio | Sərxoş şair | 1 iyul 2016 | Bəxtiyar Xanızadə Nargilə Qəribova |
Bəxtiyar Xanızadə | |
Ağ bığlılar | Mim | 8 oktyabr 2016 | Bəhruz Vaqifoğlu | Nurlan Rüstəmov |
Filmoqrafiya
- Nigarançılıq (film, 1998) — Əli; nökər
- Yaşıl eynəkli adam-2 (film, 1999) — restoran işçisi
- Nekroloq (film, 2001) — Ruslan
- Salur Qazanın evi talandığı boy (film, 2001) — döyüşçü
- Yaşıl eynəkli adam-3 (film, 2002) — köməkçi
- QAZ (film, 2005) — imkanlı oğlan
- Kişiləri qoruyun (film, 2006) — şadlıq evinin işçisi
- Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007) — məzhəkəçi
- Cavid ömrü (film, 2007) — gənc bolşevik
- Kəndim+nizə qayıdın!? (film, 2007) — Maykl
- Günaydın, mələyim! (film, 2008) (plastik həll üzrə rejissor)
- Qala (film, 2008) — Seyid
- Ölüm növbəsi (film, 2009) — cavan oğlan
- Aramızda qalsın (film, 2011-2013) — Nəriman
- Mürafiə vəkillərinin hekayəti (film, 2011) — Bədəl
- Sirr (serial, 2012) — Tahir Əsədullayev
- Sübhün səfiri (film, 2012) — Fridrix Bodenştedt
- Qanun naminə (teleserial, 2013) — Mirzəli
- Ata ocağı (film, 2017) — Niyaz
- Maqomayev (serial, 2020) — Kamal (Rusiya)
- İdarə (serial, 2020) — kinorejissor
- Sayrışan işıqlar (serial, 2020) — Fikrət
- Sonuncu mogikan (film, 2021) — poçtalyon
- Yad et məni (silsilə filmlər)
- Son səfər (film, 2022) — Mircəfər Bağırov
- Azad buludlar kimi (film, 2023) — Yusif Vəzir Çəmənzəminli
- Ömür sonatası (film, 2023) — Mircəfər Bağırov
- Oğlan igid, qız qəşəng (film, 2024) — Çingiz
- 21-ci möcüzə (film, 2024) — Qazı
İstinadlar
- AzərTAc. "Pantomim Teatrının səhnəsində nümayiş etdirilən "Dulusçu" tamaşası maraqla qarşılanmışdır" (az.). AzərTAc. 26.09.2010. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
- Ceyhun Dadaşov. "Mən və Mən. Rejissor: Ceyhun Dadaşov" (az.). Youtube.com. 28.08.2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-02.
- Həmidə. ""Ora-bura" getmələr..." (az.). Azərbaycan Milli Kitabxanası. 18.04.2014. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
- Report. "Pantomima Teatrı "Hamlet" tamaşasını yeni quruluşda təqdim edib" (az.). Report. 19.06.2015. 2021-10-23 tarixində [https://web.archive.org/web/20211023020017/https://report.az/incesenet-xeberleri/pantomima-teatri-hamlet-tamasasini-yeni-qurulusda-teqdim-edib/ arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
Mənbə
- Samirə Behbudqızı. "Əməkdar artist: "Tamaşadan sonra gəlib dedi ki, nişanını qaytarır"" (az.). olaylar.az. 19.05.2014 09:39. İstifadə tarixi: 2014-05-20.